Diqqət mərkəzində

BAKI, 11 Avqust 2018 – “Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib. Tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Balaxanı Sənaye Parkının rezident şirkəti “AzEkol” MMC və “EkoSfera” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə tərəfdaş […]

QUSAR, Azərbaycan, 30 iyul 2018 – Bu gün Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qusarda Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə konfrans təşkil edib. Hökumət rəsmiləri, diplomatik missiya nümayəndələri, qeyri-hökumət təşkilatları və digər mütəxəssisləri bir […]

Hepatit B və C infeksiya virusları dünyada 325 milyon insana mənfi təsir göstərən ciddi problemlərdən biridir. Qaraciyər xərçənginin əsas səbəbi olan bu viruslar hər il 1.34 milyon insanın ölümünə səbəb olur.

ABŞERON, Azərbaycan – 14 yaşlı Məryəm heyrət dolu gözlərlə Azərbaycanın Abşeron rayonunda qapalı futbol meydançasının kənarında dayanıb. “Mənim üçün həqiqi futbol meydançasını, həqiqi qapı torunu görmək və həqiqi futbol köynəyini geymək olduqca heyrətamiz təcrübə idi,” – deyə o söyləyib.

Nəşrlər

Yalnız Azərbaycan dilində nəşr olunmuş bu buklet Dayanıqlı İnkişaf Məqsədlərinin hər biri haqqında ətraflı məlumat verərək, oxuculara 2030-cu il Qlobal Gündəliyi təqdim edir. Nəşrdə həmçinin firavan planeti təmin etmək üçün hər kəsin görə biləcəyi sadə fəaliyyətlər təklif olunur.

Məlumat vərəqi Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın gördüyü işlər haqqında qısa məlumat verir. Yalnız Azərbaycan dilində olan vərəqədə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il fərmanı ilə yaradılmış Dayanıqlı İnkişaf üçün Milli Əlaqələndirmə Şurasının mandatı barədə məlumat öz əksini tapıb.

Bu Kitabın fəsillərində Azərbaycanda kənd təsərrüfatının ümumi xüsusiyyətləri, dünyada və Azərbaycanda orqanik kənd təsərrüfatı, rəsmi institusional sistem, sertifikatlaşdırma tədbirləri, orqanik kənd təsərrüfatı haqqında qanunvericilik bazası, təhsil və təlimlər, dəyər zənciri, daxili bazar və ixrac bazarları, həmçinin, orqanik kənd təsərrüfatı məhsulları üzrə prioritet məhsullar və regionlar barədə məlumatlar öz əksini tapıb.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlüyünün və BMT-nin Azərbaycanda rəsmi fəaliyyətə başlamasının 25-ci ildönümünü qeyd etmək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi xatirə kitabını nəşr edib.

Tədbirlər
avqust 2018
303112345
6789101112
131415161718
19
20212223242526
272829303112
19 avqust / Bazar
Bizi izləyin: