Könüllülük fəaliyyəti – Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi layihəsi

Gənclərin könüllülük fəaliyyətinə qəbulu
Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin
inkişaf etdirilməsi layihəsi (GCP/AZE/014/EC)

Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir Lahiyəsinin hədəfi Azərbaycanın şimal-qərb bölgəsində (Qax, Zaqatala, və Balakən) dayanıqlı qida istehsalı, emalı, marketinqi və satışını inteqrasiya edən yerli aqro-ərzaq sistemlərinin və aqrar məsləhət xidmətlərinin yaradılması və onlara dəstək verilməsindən ibarətdir. Layihə çərçivəsində fəaliyyət göstərəcək könüllülər layihə benefisiarların ehtiyaclarının qiymətləndirilməsi sorğusu və digər sorğuların keçirilməsi, anketlərin doldurulması, gender bərarbərliyi kampaniyalarının keçirilməsi, qadın fermerlər və sahibkarların layihəyə cəlb edilməsi, və digər təşkilati fəaliyyətlərdə köməklik edəcəklər.

Könüllülərin əsas funksiyaları:

Üzbəüz və ya telefonla anketlərin doldurulması;
Sorğu məlumatlarının təsnifləşdirilməsi və qeydiyyatının aparılması;
Sorğu məlumatları üzrə cədvəl, qrafik və xülasələrin hazırlanmasında iştirak etmək;
Əldə olunmuş məlumatların layihənin icazəsi ilə müvafiq platformalardan paylaşımı;
Fermerlərə İT və sosial bacarıqlarını artırmaqda kömək etmək;
Planlaşdırılan tədbirlərin koordinasiyasında kömək etmək;
Lahiyənin gender yönümlü kampanyalarının həyata keçirilməsində dəstək vermək;
Fermerlərin (həm kişi, həm qadın) ehtiyaclarını öyrənmək və onları layihənin tədbirlərinə
cəlb etmək məqsədilə onlarla mütəmadi əlaqə saxlamaq;
Ehtiyac olduqda digər iş və tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan bacarıqlar:
Təşkilati bacarıqlar;
Münaqişələrin idarə olunması bacarığı;
Asan ünsiyyət bacarığı (şifahi, yazılı və insanlararası);
Təfsilatlara diqqət etmək və bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
Çətinliklə rastlaşdıqda sakit qalmaq və proaktiv düşünmək bacarığı.

Minimal tələblər:
Yaş həddi: 18-28;
İT bacarıqları (Microsoft Outlook, Word & Excel);
Sosial mediada aktivlik;
Kənd təsərrüfatı sahəsinə maraq.

Qeyd:
Layihənin hədəf rayonundan olan namizədlərə üstünlük veriləcəkdir.
Könüllülərin telefon, internet, nəqliyyat və digər xərcləri ödəniləcək.

Müraciət üçün son tarix: 15 may 2020-ci il

Müraciət etmək üçün: https://jobs.fao.org/careersection/fao_external/jobdetail.ftl?lang=en&searchExpanded=true&job=2000120

Attachments
Follow us on: