Tarix Xəbər
05.08.2019

BMT-nin Əhali Fondunun təşkilatçılığı ilə gender əsaslı cins seçimi ilə mübarizə mövzusuna həsr olunmuş yay məktəbi başa çatıb

Şamaxı, Azərbaycan, 5 Avqust 2019 – Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə Şamaxı şəhərində gənclər üçün “Bərabər imkanlara əsaslanmış daha yaxşı gələcək naminə” şüarı altında təşkil etdiyi yay məktəbi başa çatıb.

01.08.2019

ÜST səhiyyə sisteminin transformasiyasında Azərbaycanı dəstəkləyir

Bakı, 1 avqust 2019 – Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökümətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib. Mütəxəssislərdən ibarət missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir.

31.07.2019

BMTİP və Azərbaycan Hökuməti, milli iqlim məqsədlərinə çatmaq üçün Yaşıl İqlim Fondu ilə əməkdaşlıq yollarını müzakirə edir

BAKI, 31 iyul 2019 – BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yaşıl İqlim Fondu (YİF) ilə gələcək fəaliyyət üçün ölkə proqram sənədinin ilkin versiyasını təqdim etmək məqsədilə maraqlı tərəflərin görüşünü təşkil edib.

18.07.2019

FAO qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını keçirib

BAKI, 18 iyul 2019 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.

17.07.2019

FAO Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin yaxşılaşdırılması üçün yeni layihənin icrasına başlayır

BAKI, 17 iyul 2019 – Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu gün Azərbaycanda veterinar diaqnostikası da daxil olmaqla heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üçün milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə başlayır. Layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır. Layihənin […]

10.07.2019

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis etdi

GƏNCƏ, Azərbaycan, 10 iyul 2019-cu il – Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində bu gün Gəncə peşə məktəbinin ilk sənaye emalatxanasını açıblar.

02.07.2019

Azərbaycanda milli məlumatlandırma sistemlərini gücləndirmək üçün DİM-lər üzrə ilk portal yaradıldı

BAKI, 2 iyul 2019-cu il – Azərbaycanda statistik məlumat sahəsində mövcud potensialın gücləndirilməsinin vacibliyini nəzərə alaraq, bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dövlət Statistika Komitəsi tərəfindən ölkədə ilk Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi  keçirilib. Yeni portal, DİM-lərə nail olunması istiqamətində irəliləyişin izlənilməsində və ona nəzarətin həyata keçirilməsində milli və […]

24.06.2019

BMTİP, Azərbaycan Hökuməti əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə müraciətlərin qəbulunu açıq elan edir

Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə ELAN Bakı, 24 iyun 2019 –Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir Proqramın məqsədi Öz bizneslərini […]

17.06.2019

İştirak üçün çağırış: Azərbaycanda ilk dəfə “UNLIMITED” İnklüzivlik Hakatonu!

Bakı, 17 iyun 2019 – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyi 28 – 30  iyun 2019-cu il tarixlərdə Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu  təşkil edir. Hakaton yüzə qədər insanı paytaxt Bakıda bir araya gətirərək onlara əlilliyi olan müxtəlif bacarıqlara malik insanlara dəstək göstərmək üçün innovativ yeniliklər yaratmaqda kömək edəcək. Məlumatın tam […]

14.06.2019

FAO Azərbaycanda meşələrin mühafizəsi və inkişafına dair Milli Meşəçilik Proqramını təqdim edib

BAKI, 14 iyun 2019 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Milli Meşəçilik Proqramı və onun fəaliyyət planının təqdimatını keçirib. Meşəçilik proqramının məqsədi meşələrin idarə edilməsi üzrə institusional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini həyata keçirməkdir. Tədbirdə Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS), Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi […]

Tədbirlər
avqust 2019
2930311234
567891011
121314151617
18
19202122232425
2627282930311
18 avqust / Bazar
Bizi izləyin: