ÜST qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimçilər üçün təlimi dəstəkləyib

BAKI, 21 fevral 2020 – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşkilatçılığı ilə ilkin səhiyyə xidmətində qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda keçirilən təlim kursu bu gün yekunlaşıb. Kursda icbari tibbi sığortanın birinci mərhələdə tətbiq edildiyi 23 regiondan 23 həkim və 23 tibb bacısı iştirak edib.

Üç gün davam edən təlimin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması olub.

Təlimi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər aparıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Sumqayıt şəhərində və Siyəzən rayonunda ilkin səhiyyə xidmətində çalışan tibb işçiləri üçün eyni mövzuda keçirilən təcrübi təlimlər bu sahədə bilik və bacarıqların artırılmasına daha çox ehtiyacın olduğunu göstərib. Nəticədə təlimlərin davam etdirilməsinə qərar verilib.

Təlimlər ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin əsas komponentlərindən biridir. Beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyi sübut olunmuş ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən mühüm sahədir.

Tədbirlər
iyul 2020
293012345
6789101112
13
14
1516171819
20212223242526
272829303112
14 iyul / Çərşənbə axşamı
Bizi izləyin: