UNICEF, uşaqların erkən inkişaf dövrünə və ailə məsələlərinə daha həssas yanaşan siyasətlərə diqqətin yeni mərhələsinə keçidi təşviq edir

BAKI, 1 iyun 2019-cu il – Bu gün Azərbaycanın Milli Uşaqları Müdafiə Günündə və BMT-nin Valideynlər Günündə UNICEF erkən uşaqlıq dövründə inkişafın əhəmiyyətinə diqqət verən ilk Qlobal Valideynlik Ayını təqdim edir.

UNICEF-in dünyadakı nümayəndəlikləri və onların tərəfdaşları “Vaxtdır” şüarı altında yaxşı qidalanmanın, stimullaşdırmanın və qoruyucu mühitin həyatlarının ilk illərində körpələrin və kiçik yaşlı uşaqların beyninin inkişafına təsiri barədə məlumatlılığı artırır. UNICEF, həmçinin ailələrə həssas yanaşan siyasətlərə vəsait ayrılması vasitəsilə valideynlərə daha çox dəstək göstərilməsini və erkən uşaqlıq dövründə daha çox faydalı məsləhət və istiqamətləndirmə təmin edilməsini təşviq edir.

Azərbaycanda UNICEF ataların öz uşaqlarının inkişafında oynadıqları vacib rolu işıqlandırmaq məqsədilə sosial mediada #Atabala haştaqı altında kampaniya həyata keçirir. Kampaniyanın tərkib hissəsi kimi, bəzi şəxsiyyətlər sosial mediada özlərinin atalıqla bağlı şəxsi hekayələrini paylaşır, digər ataları öz uşaqlarının erkən inkişafında iştiraka və ataların bu inkişafa necə kömək edə biləcəkləri barədə danışmağa təşviq edirlər.

“Uşağın həyatının ilk illəri onların beyninin ən sürətli inkişaf etdiyi dövrdür. Bu dövr onların öyrənmə bacarıqlarını, emosional inkişaflarını və sosial davranışlarını maksimallaşdırmaq üçün unikal imkanın olduğu dövrdür”, – UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin deyir. “Uşaqlara həyata maksimum yaxşı başlanğıc imkanı təmin etmək onların idrak bacarıqlarını, araşdırma və kəşf etmə duyğusunu, həmçinin onların sağlamlıq və qidalanmasını stimullaşdırmaq üçün bütün imkanların yaradılmasından asılıdır və valideynlər, eləcə də kiçik yaşlı uşaqlara qulluq edən digər şəxslər burada mühüm rol oynayırlar”.

UNICEF bildirir ki, erkən uşaqlıq dövründə effektiv inkişaf uşaqların öz həyatlarının ilk 1000 günündə faydalanmalı olduqları bir neçə əsas elementin mövcudluğunu tələb edir. Bura yaxşı qidalanma, məsuliyyətli qayğı, zorakılıq və ya zərərə məruz qalmanın bütün formalarından müdafiə daxildir.

Valideynlərin və uşaqlara qulluq edən digər şəxslərin bu köməyi təmin etməsinə şərait yaradılması uşaqlara kifayət qədər vaxt sərf edilməsini tələb edir. Bununla belə, bəzi ölkələrdə ailələrə həssas yanaşan siyasətlərə vəsait ayrılmaması bir çox valideynlərin işlə, uşaqlarının həyatındakı ən mühüm formalaşma dövrü ilə bağlı digər öhdəliklərini balanslaşdırmaq üçün mübarizə aparmaları deməkdir.

Biz bu gün uşaqlıq dövrünü qeyd etdiyimiz, bizim həyatımızda və qəlbimizdə tutduğu vacib yeri təsdiq etdiyimiz üçün uşaqlara vaxt ayırma zamanıdır. Bu, valideynlərə və başqalarına uşaqların erkən uşaqlıq dövründə inkişafına necə dəstək göstərməli olduqlarına dair faydalı məsləhətlərin verilməsi, eləcə də icbari analıq məzuniyyətinə hörmətlə yanaşılması, atalıq məzuniyyətinin tətbiqi, anaların öz körpələrinə süd verə bilməsi və ya öz iş yerlərindəki uşaqlara qayğı müəssisələrinin xidmətlərindən faydalana bilməsi üçün sərbəst iş şəraitinin yaradılması kimi ailələrə həssas yanaşan konkret tədbirlərin həyata keçirilməsi deməkdir.

###

UNICEF haqqında

UNICEF çox ağır şəraitdə yaşayan uşaqları əhatə etmək məqsədilə dünyanın bir sıra ən gərgin nöqtələrində fəaliyyət göstərir. Dünyanın 190 ölkəsi və bölgəsində işləyən bu təşkilat hər yerdə hər bir uşaq üçün daha yaxşı şərait yaratmaq naminə çalışır. UNICEF və onun uşaqlar üçün fəaliyyəti haqqında əlavə məlumatlarla tanış olmaq üçün “www.unicef.org.” saytına baxın.

 

Əlavə informasiya üçün

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr və

Tərəfdaşlıq Məsələləri üzrə mütəxəssisi, xanım Ayna Mollazadə ilə

əlaqə saxlamağınız xahiş olunur:

Elektron ünvan: amollazade@unicef.org;

Tel.: 99412 4923013 (daxili nömrə – 109).

 

Tədbirlər
iyun 2019
272829303112
3456789
10111213141516
17181920212223
24
25
2627282930
25 iyun / Çərşənbə axşamı
Bizi izləyin: