Nigar Camal

Azərbaycanlı müğənni Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Xəzər Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinə daxil olub və 4 illik təhsil proqramının 3 ilini bitirib. Nigar Camal Bakı 2015 Avropa Oyunlarının Səfiri olub.

 

O, Eldar Qasımovla birlikdə (Ell&Nikki) 2011-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Camalın ifa etdiyi janrlara R&B, soul və pop musiqisi daxildir.

 

Nigar BMT-nin “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyəti” üzrə xoşməramlı səfirdir və 2005-ci ildən London şəhərində yaşayır.

 

Evlidir və iki qızı var.

Bizi izləyin: