Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitiriərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyeva hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu təsis edib.

1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

28 dekabr 2004-cü ildə Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 4-cü Baş Məclisində qurumun İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cu ilin avqust ayında Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.

YUNESKO-nun Xoşməramlı səfiri kimi xanım Əliyeva təşkilatın qeyri-maddi mədəni irsin, xüsusilə şifahi ənənə və ifadələrin, ifaçılıq sənətlərinin və ənənəvi sənətkarlığın qorunması sahəsindəki fəaliyyətini dəstəkləyir.

Xanım Əliyeva həmçinin azyaşlı uşaqların problemləri ilə də maraqlanır. Onun bu sahədəki səylərinə və xeyriyyəçilik fəaliyyətinə Azərbaycanda uşaq evinin təmiri və müasirləşdirilməsi, habelə musiqi məktəbinin açılması və şəkər xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinin təmin edilməsi daxildir.

Bizi izləyin: