Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu

UNICEF-in ilk ölkə proqramının əsası 1993-cü ildə qoyulmuşdur. Həmin proqram, əsasən, immunlaşdırma, səhiyyə, reabilitasiya, qidalanma, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz və təcili humanitar məsələlərlə məşğul olub.

Azərbaycan 1992-ci ildə dünyada Uşaq hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. Həmçinin Azərbaycan 1999-cu ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyaya qoşulmuş və on il sonra 2009-cu ildə Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanı ratifikasiya edib. Bu hadisələr Azərbaycan xalqının istənilən cəmiyyətdə bir çox hallarda ən həssas vəziyyətdə olan uşaqların, o cümlədən qızların və əlilliyi olan uşaqların hüquqlarının qorunması sahəsində ən yüksək beynəlxalq standartları dəstəkləmə iradəsinə malik olduğunu vurğulayıb.

UNICEF indiyədək uşaqların sağlamlığının və hüquqlarının milli səviyyədə müdafiə olunmasının təkmilləşdirilməsi istiqamətində bir sıra vacib fəaliyyətlərdə rol oynayıb. Məsələn, 2002-ci ildə Azərbaycan poliomielit xəstəliyinin olmadığı ölkə elan edilib. Bu, uşaqların sağlamlığının bir çox hallarda bu ölümcül xəstəlikdən qorunması istiqamətində olduqca əhəmiyyətli bir addımdır. Bundan başqa, 2003-cü ildə körpələrin sağlamlığı və erkən inkişafı üçün ciddi müdafiənı təmin edən ana südü ilə qidalanmaya dair milli qanun qəbul edilib.

UNICEF-in fəal müdafiəsi və dəstəyi ilə hökumət həmçinin səhiyyə sistemini təkmilləşdirmək və səhiyyə islahatları həyata keçirmək üçün işlər görüb. 2003-cü ildən etibarən hökumətin GİP peyvəndlərinin satın alınması vəzifəsini üzərinə götürmüş və bu öhdəliklə Peyvənləşdirmə üzrə müstəqil təşəbbüs vasitəsilə Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) uzunmüddətli maliyyələşdirilməsi sahəsində milli iradəyə nail olunub. Ötən illərin ən diqqətəlayiq nailiyyətlərindən biri bütün peyvəndlər üzrə 95 faizdən artıq immunlaşdırma səviyyəsinə nail olunmasıdır.

Mikroqidalandırıcıların çatışmazlığı ilə mübarizə sahəsində əhəmiyyətli nailiyyətlərə duzla bağlı qanunvericiliyin tətbiqi, duz fabriklərinin avadanlıqla təchiz edilməsi, A vitamini ilə bağlı sorğunun keçirilməsi və dəmir çatışmazlığından yaranan anemiyanı aradan qaldırmaq üçün qidanın zənginləşdirilməsi məqsədilə fəal müdafiə tədbirləri daxildir.

Təhsil islahatı prosesi vasitəsilə formal məktəbəqədər təhsil müəssisələrinin proqramına Uşaqlara Erkən Qayğı və onların Erkən İnkişafı (UEQEİ) daxil edilib. UNICEF məktəb proqramının təkmilləşdirilməsinə və valideynlərin, ailələrin, müəllimlərin, himayəçilərin (qəyyumların) səhiyyə, qidalanma, psixo-sosial qayğı, erkən öyrənmə və uşaqların müdafiəsi sahəsində gücləndirilməsinə dəstək göstərib. Bundan başqa, interaktiv öyrənmə metodologiya və təcrübələrini tətbiq etmək məqsədilə, Fəal Təlim məktəbləri şəbəkəsi yaradılıb.

Daha yaxın dövrdə – 2011-ci ildə bütün uşaqlar üçün qanuni nikah yaşının 18-ə qaldırılması ölkənin erkən nikahların yayılmasını, həmçinin belə nikahların gənc qızların sağlamlığı üçün müvafiq risklərini və onların təhsil və rifahı üçün əlaqədar maneələrini azaltmaqla bağlı qətiyyətini vurğulayıb.

Digər bir əhəmiyyətli nailiyyət gənclərin, o cümlədən məcburi köçkün və qaçqın gənclərin mədəni, təhsil, səhiyyə və siyasi sahələrdə gücləndirilməsi və iştirakıdır. Uşaq hüquqlarının milli plan və siyasətlərə daxil edilməsinin dəstəklənməsi mühüm nailiyyətdir və uşaq hüquqlarının milli plan və siyasətlərə daxil edilməsinin təbliği isə digər bir nailiyyətdir. Milli tərəfdaşlara uşaq hüquqları sahəsində mühüm məsələlərlə əlaqədar milli məlumat bazalarının hazırlanmasında və həmin məlumatlardan siyasət hazırlanması və monitorinq məqsədilə istifadə edilməsində köməklik göstərilib.

UNICEF Azərbaycanda əlilliyi olan uşaqların sosial inklüziyasını təşviq etmək məqsədilə öz tərəfdaşları ilə çalışır. Buraya əlilliyi olan uşaqların əsas təhsil sisteminə, o cümlədən idman və yaradıcılıq fəaliyyətlərinə inteqrasiya edilməsi daxildir. UNICEF beynəlxalq standartlara uyğun şəkildə yuvenal ədliyyə sahəsindəki islahatları dəstəkləyir. Bu dəstəyə peşəkar potensialın artırılması, uşaq dostu ədliyyə prosedurlarının tətbiqi, uşaqlarla bağlı uyğun cavab tədbirlərinin təşviqi, həbs tədbirinə alternativ olaraq əsas diqqətin mediasiya və probasiya tədbirləri istiqamətində artırılması və qanunla zidiyyətdə olan uşaqlar üçün ədliyyəyə çıxışın yüksəldilməsi daxildir.

İlk illərdə UNICEF-in fəaliyyətləri birbaşa kömək yolu ilə bir neçə min uşağı əhatə etsə də, hazırda təşkilat sistemli dəyişiklik yaratmağa və bütün Azərbaycan uşaqlarının həyatına təmas etməyə cəhd göstərir. UNICEF-in 2016-2020-ci illər üçün Ölkə Proqramı Azərbaycana uşaq və yeniyetmələrin DİM-lərə uyğunlaşdırılmış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də digər sahəvi siyasət və strategiyalarda əks olunmuş hüquqları ilə bağlı hədəflərə töhfə vermək istiqamətində səylərində dəstək göstərir.

Təşkilatın rəsmi vebsaytı: www.unicef.org

UNICEF-in Azərbaycandakı ofisinin vebsaytı: www.unicef.az

Bizi izləyin: