Ümumdünya Səhiyyə Təşkilatı QİÇS/İİV-in kökünün kəsilməsinə yönəlmiş səyləri dəstəkləyir

The experts discuss efforts to end HIV/AIDS. Photo / WHO Azerbaijan.

BAKI, 2 dekabr 2019 – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi birgə dəyirmi masa təşkil edib.

Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, BMT agentlikləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin məqsədi milyonlarla İİV-li insanlarla həmrəyliyi nümayiş etdirmək və diskriminasiya və xəstəlik damğasına son qoymaq üçün bir fürsət olan Ümumdünya QİÇS-lə Mübarizə gününü qeyd etməkdir.

Qeyd edək ki, maarifləndirmə kampaniyasının tərkib hissəsi olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzi 22-29 noyabrda “Avropa İİV-ə test həftəsi” çərçivəsində Bakıda bir neçə ictimai müəssisədə pulsuz və anonim qaydada İİV infeksiyasına ekspress-test müayinəsi keçirib.

1988-ci ildə təsis olunan Ümumdünya QİÇS-lə Mübarizə gününün məqsədi İİV-ə (İnsan İmmunçatışmazlığı Virusu) qarşı mübarizə aparmaq, bu xəstəliyə yoluxmuş insanlara dəstək göstərmək və İİV-dən dünyasını dəyişmiş insanların xatirəsini yad etməkdir.

ÜST-nin 2018-ci il statistikasına əsasən, dünyada 37,9 milyon İİV-li insan var. 1984-cü ildə aşkar olunan virusdan indiyə qədər 35 milyon insan ölümü qeydə alınıb. Bu, xəstəliyin dünyanın ən böyük bəlalarından biri olduğunu göstərir.

Bu il Ümumdünya QİÇS-lə Mübarizə günündə ÜST, İİV epidemiyasının kökünün kəsilməsində icmaların böyük rolunu vurğulayır və dünyanın diqqətini ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə icmaların fəaliyyətinin genişləndirilməsinə yönəldir.

Tədbirlər
dekabr 2019
2526272829301
2345678
9
101112131415
16171819202122
23242526272829
303112345
09 dekabr / Bazar ertəsi
Bizi izləyin: