Ümumdünya Humanitar Yardım Günündə Baş katib çağırış edib

Böhranlardan zərər çəkən insanlarla həmrəy olmaq və onlara kömək edən yardım işçilərini ehtiramla yad etmək üçün hər il 19 avqustu Ümumdünya Humanitar Yardım Günü olaraq qeyd edirik.

İraqın Bağdad şəhərindəki BMT qərargah-mənzilinə 22 nəfər həmkarımızın itkisi ilə nəticələnən hücumdan 15 il ötür. Ümumdünya Humanitar Yardım Gününə səbəb olan həmin faciədən bu günə qədər 4000-dən artıq yardım işçisi öldürülüb, yaralanıb, həbsə atılıb yaxud qaçırılıb. Bu illik ortalama 300 nəfər deməkdir.

Münaqişə zonalarında sivillər planlı yaxud təsadüfi hücumlar nəticəsində hələ də öldürülür və işgəncəyə məruz qalırlar. Ötən il Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, İraq, Somali və Yəmən olmaqla yalnız 6 ölkədə hücumlar nəticəsində 26000 nəfərdən çox sivilin ölüm və yaralanma halları BMT tərəfindən qeydə alınıb.

Dünyanın müxtəlif yerlərində münaqişələrə görə evlərini tərk edən insanların sayı durmadan artır, hal-hazırda 65 milyondan artıq köçkün şəxs var. Uşaqlar silahlı qruplar tərəfindən yığılır və döyüşdürülür.

Qadınlar zorakılığa məruz qalır və alçaldılır. Ehtiyac içərisində olanlara yardım əlini uzadan humanitar işçilər tez-tez hədəfə alınır və təhlükə mənbəyi olaraq davranılırlar.

Ümumdünya Humanitar Yardım Günündə mən dünya liderlərini münaqişələrin ortasında qalmış insanları qorumaq üçün güclərinin yetdiyi qədər hər şeyi etməyə çağırıram.

Hər kəsi, worldhumanitarianday.org saytında kampaniyamıza qoşulmağa dəvət edirəm. Göstərək ki, dinc əhali #hədəfdeyil.

Münaqişədən zərər çəkən dinc əhali və onlara kömək etmək üçün öz həyatlarını riskə atan humanitar yardım işçiləri ilə hamımız birlikdə həmrəyik.

Tədbirlər
dekabr 2018
262728293012
3456789
1011
12
13141516
17181920212223
24252627282930
31123456
12 dekabr / Çərşənbə
Bizi izləyin: