Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda Hepatit C, İİV və vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir

BAKI, 11 Fevral 2020-ci il – Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirməsi istiqamətində əməkdaşlığını davam etdirir.

Sonuncu çatdırılmada Hepatit C müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib.

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir. Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Qeyd edilməlidir ki, bu layihə hökumətin İİV/QİÇS, Hepatit C və vərəmə qarşı dərman vasitələrini maliyyələşdirməsinə təşviq məqsədilə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi nəticəsində ərsəyə gəlib.

Hökumət ilə bu uğurlu əməkdaşlığı nəzərə alaraq, adıçəkilən dərman vasitələrinin BMTİP tərəfindən satın alınması və ölkəyə gətirilməsi işinə davam etdirilir.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

Tədbirlər
iyul 2020
293012345
6789101112
13
14
1516171819
20212223242526
272829303112
14 iyul / Çərşənbə axşamı
Bizi izləyin: