Məqsəd 7: Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək

Bu gün  dünyanın  qarşılaşdığı istənilən önəmli problem və fürsətlərin mərkəzində enerji faktoru dayanır. İş yerləri, təhlükəsizlik, iqlim dəyişikliyi, ərzaq məhsullarının istehsalı və ya gəlirlərin artırılması üçün enerjiyə çıxış imkanının olması vacibdir.

Dayanıqlı enerji həyatın, iqtisadiyyatın və planetin transformasiyasına şərait yaradan bir fürsətdir.

BMT-nin keçmiş Baş Katibi Pan Gi Mun hər yerdə hamı üçün enerji xidmətlərinə çıxışın təmin edilməsi, səmərəliliyin artırılması və alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına yönələn “Hamı üçün Dayanıqlı Enerji” təşəbbüsünə  rəhbərlik edir.

  • Dünyada hər beş nəfərdən birinin hələ də müasir elektrik enerjisinə çıxışı yoxdur.
  • 3 milyard insan  yemək bişirmək və isinmək üçün odun, daş kömür, ağac kömürü və ya heyvan tullantıları kimi biokütlədən istifadə edir.
  • Dünyada “istixana” effekti yaradan qazların emissiyasının 60%-i iqlim dəyişikliyinə səbəb olan əsas faktorlardan biri kimi enerjinin payına düşür.
  • Enerji sektorunda karbon qazı emissiyasının azaldılması  iqlimlə bağlı uzunmüddətli məqsədlərin əsas hədəflərindən biridir.
  • 2030-cu ilədək, hamı üçün sərfəli, etibarlı, dayanıqlı və müasir enerji xidmətlərinə çıxış təmin etmək;
  • 2030-cu ilədək, qlobal enerji təchizatında bərpa olunan enerjinin payını əhəmiyyətli dərəcədə artırmaq;
  • 2030-cu ilədək, dünyada enerjidən istifadənin səmərəliliyinin artım göstəricisini iki dəfə artırmaq;
  • 2030-cu ilədək, təmiz enerji ilə bağlı tədqiqat və texnologiyalara, o cümlədən bərpa olunan enerji, enerjidən səmərəli istifadə, qabaqcıl və daha təmiz mədən yanacağı texnologiyalarına çıxış imkanını yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığı genişləndirmək və enerji infrastrukturuna və təmiz enerji texnologiyalarına investisiyanı təşviq etmək;
  • 2030-cu ilədək, müvafiq yardım proqramlarına uyğun olaraq, bütün inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən az inkişaf etmiş ölkələrdə, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərdə və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə hamını müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz etmək üçün enerji infrastrukturunu genişləndirmək və texnologiyaları müasirləşdirmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: