Məqsəd 5: Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək

Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına (qızlar və oğlanların ibtidai təhsilə bərabər çıxış imkanları əldə etməsi daxil olmaqla) baxmayaraq,  dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər.

Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir.

Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə  və bəşəriyyətə faydalı ola bilər.

  • İnkişaf etməkdə olan ölkələrin təxminən üçdə ikisi ibtidai təhsildə gender bərabərliyinə nail olub.
  • 1990-cı ildə Cənubi Asiyada hər 100 oğlana nisbətdə yalnız 74 qız ibtidai sinifə qəbul olub. 2012-ci ildə isə qız və oğlanların ibtidai təhsildə iştirak nisbəti eyni olub.
  • Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi, Okeaniya və Qərbi Asiyada qızlar həm ibtidai, həm də orta məktəbə getməkdə çətinliklərlə üzləşirlər.
  • Şimali Afrikada kənd təsərrüfatından kənar sektorlarda qadınlar ödənişli işlərin beşdə birindən azında çalışırlar. Kənd təsərrüfatından kənar sektorlarda ödənişli işlərdə çalışan qadınların xüsusi çəkisi 1990-2015-ci illərdə 35 faizdən 41 faizədək artıb.
  • 46 ölkədə milli parlamentdə ən azı bir palatada yerlərin 30 faizdən çoxunu qadınlar tutur.
  • Dünyanın hər yerinddə bütün qadınlara və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq;
  • Dövlət və özəl sahələrdə bütün qadınlara və qızlara qarşı bütün formalarda zorakılığı, o cümlədən insan alveri, cinsi və digər növlərdə istismarı aradan qaldırmaq;
  • Uşaq nikahı, erkən və məcburi nikah və qadın cinsi orqanının zədələnməsi (sünnəti) kimi bütün zərərli təcrübələri aradan qaldırmaq;
  • Dövlət xidmətlərinin təmin edilməsi, infrastruktur və sosial müdafiə ilə bağlı siyasətlər vasitəsilə, eləcə də milli kontekstə uyğun olaraq, ev təsərrüfatında və ailədə öhdəliklərin ortaqlığının təşviqi vasitəsilə ödənişsiz qayğı və məişət işini qiymətləndirmək və önəmini təsdiq etmək;
  • Siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbulu prosesinin bütün səviyyələrində qadınların tam və səmərəli iştirakını və bərabər rəhbərlik imkanlarını təmin etmək;
  • Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı, Pekin Fəaliyyət Platforması və fəaliyyətlərin icrasının nəzərdən keçirilməsi ilə bağlı digər konfransların yekun sənədlərində razılaşdırıldığı kimi, hamı üçün cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı və reproduktiv hüquqları təmin etmək;
  • Milli qanunvericiliyə uyğun olaraq qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, maliyyə xidmətləri, miras və təbii ehtiyatlara çıxışlarını təmin etmək;
  • Qadınların səlahiyyətləndirilməsini təşviq etmək üçün, köməkçi texnologiyalardan, xüsusilə də informasiya və kommunikasiya texnologiyalarından istifadəni genişləndirmək;
  • Gender bərabərliyinin təşviq olunması və bütün qadınların və qızların səlahiyyətlərinin bütün səviyyələrdə artırılması üzrə əsaslı siyasətlər və effektiv hüquqi normalar qəbul etmək və onları möhkəmləndirmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: