Məqsəd 4: Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək

İnsanların həyat şəraitinin yaxşılaşdırılmasının və dayanıqlı inkişafın özülündə keyfiyyətli təhsil dayanır. Təhsilin bütün səviyyələrinə çıxış imkanlarının genişləndirilməsi və  xüsusilə də qız və qadınların məktəblərdə qeydiyyat səviyyəsinin yüksəldilməsi sahəsində nəzərə­çar­pan uğurlar əldə olunub. Əsas savadlılıq bacarıqları  sahəsində böyük müvəf­fəqiyyətlər əldə olunsa da, universal təhsil məqsədlərinə nail olmaq üçün da­ha ciddi səylər göstərilməlidir. Məsələn, dünyada qız və oğlanlar arasında ibtidai təhsildə bərabərliyə nail olunsa da, yalnız bir neçə ölkə təhsilin bütün səviyyələrində bu hədəfə nail ola bilib.

  • İnkişaf etməkdə olan ölkələrdə ibtidai təhsildə qeydiyyat səviyyəsi 91%-ə çatıb, lakin 57 milyon uşaq hələ də məktəbə gedə bilmir.
  • Məktəblərə getməyən uşaqların yarıdan çoxu Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində yaşayır.
  • Yaşı ibtidai təhsilə uyğun olan, lakin məktəbə getməyən uşaqların təxminən 50 faizi münaqişə zonalarında yaşayır.
  • Dünyada 103 milyon gənc əsas savadlılıq bacarıqlarına malik deyil və onların 60 faizindən çoxunu qadınlar təşkil edir.
  • 2030-cu ilədək, bütün qız və oğlanların müvafiq və 4-cü məqsədin effektli təlim nəticələrinə nail olmağa imkan verən pulsuz, bərabər və keyfiyyətli ibtidai və orta təhsil pillələrini bitirmələrini təmin etmək;
  • 2030-cu ilədək, ibtidai təhsilə hazır olmaları üçün bütün qız və oğlanların keyfiyyətli erkən uşaq inkişafı, qayğı və məktəbəqədər təhsilə çıxış imkanlarını təmin etmək;
  • 2030-cu ilədək, bütün qadınlar və kişilər üçün maliyyə baxımından münasib və keyfiyyətli texniki, peşə və ali təhsilə, o cümlədən universitet təhsilinə bərabər çıxış imkanını təmin etmək;
  • 2030-cu ilədək, məşğulluq, layiqli iş imkanları və sahibkarlıq fəaliyyəti üçün müvafiq bacarıqlara, o cümlədən texniki və peşə vərdişlərinə malik olan gənclərin və yetkin insanların sayını əhəmiyyətli dərəcədə artırmaq;
  • 2030-cu ilədək, təhsil sahəsində gender əsaslı bərabərsizlikləri aradan qaldırmaq və əhalinin həssas qrupları, əlillər, aborigen xalqların nümayəndələri və həssas qruplardan olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə təliminə bərabər çıxış imkanını təmin etmək;
  • 2030-cu ilədək, cinsindən asılı olmayaraq, bütün gənclərin və yetkin əhalinin əhəmiyyətli hissəsinin oxuma-yazma və hesablama bacarıqlarına malik olmasını təmin etmək;
  • 2030-cu ilədək, bütün təhsil alanların başqa vasitələrlə yanaşı, dayanıqlı inkişaf və dayanıqlı həyat tərzləri, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılığın təşviq edilməsi, dünya vətəndaşlığı konsepsiyası və mədəni müxtəliflik dəyərlərinin başa düşülməsi və mədəniyyətin dayanıqlı inkişafa töhfəsi sahələrində maarifləndirmə vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün zəruri olan bilik və vərdişlərə yiyələnmələrini təmin etmək;
  • Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələrini qurmaq və onları təkmilləşdirmək;
  • 2020-ci ilədək, inkişaf etməkdə olan ölkələr, xüsusən də ən az inkişaf etmiş ölkələr, kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlər və Afrika ölkələri üçün inkişaf etmiş ölkələrdə və digər inkişaf etməkdə olan ölkələrdə ali təhsil, o cümlədən peşə təlimi və informasiya və kommunikasiya texnologiyaları, texniki mühəndislik və elmi proqramlar üzrə təqaüdlərin sayını qlobal səviyyədə əhəmiyyətli dərəcədə artırmaq;
  • 2030-cu ilədək inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən az inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan ölkələrdə müəllimlərin hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq vasitəsilə ixtisaslı müəllimlərin sayını əhəmiyyətli dərəcədə artırmaq.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: