Məqsəd 16: Ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək

16-cı Dayanıqlı İnkişaf Məqsədi dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi və qurumların bütün səviyyələrdə səmərəliliyinin və hesabatlılığının təmin edilməsinə yönəlir.

  • Korrupsiyanın ən çox yayıldığı təsisatlar məhkəmə və polis orqanlarıdır.
  • Korrupsiya, rüşvətxorluq, oğurluq və vergidən yayınma hər il  inkişaf etməkdə olan ölkələrə 1.26 trilyon ABŞ dolları məbləğində zərər vurur. Bu məbləğ günə 1.25 ABŞ  dollarından az gəlirlə  yaşayan insanların gəlirlərini ən azı altı il müddətinə 1.25 ABŞ dollarından yuxarı qaldırmaq üçün istifadə oluna bilərdi.
  • 2011-ci ildə münaqişə zonalarında yerləşən ölkələrdə ibtidai təhsili dayandıran uşaqların xüsusi çəkisi 50 faizə çatmışdır ki, bu da 28.5 milyon uşaq deməkdir. Bu, qeyri-stabil cəmiyyətlərin 2015-ci ildən sonrakı dövr üzrə gündəliyin başlıca məqsədlərdən biri olan təhsilə necə təsir göstərdiyini əks etdirir.
  • Qanunun aliliyi və inkişaf mühüm qarşılıqlı əlaqəyə malikdir və bir-birini qarşılıqlı surətdə gücləndirir. Bu isə milli və beynəlxalq səviyyədə dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
  • Hər yerdə zorakılığın bütün formalarını və onunla əlaqəli ölüm səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaq;
  • Uşaqlarla pis rəftar, onların istismarı, uşaq alveri və uşaqlara qarşı zorakılığın bütün formalarına və işgəncələrə son qoymaq;
  • Milli və beynəlxalq səviyyələrdə qanunun aliliyini təşviq etmək və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanını təmin etmək;
  • 2030-cu ilədək, qanunsuz maliyyə və silah axınlarını əhəmiyyətli dərəcədə azaltmaq, oğurlanmış aktivlərin aşkarlanması və qaytarılması işini gücləndirmək və mütəşəkkil cinayətkarlığın bütün formaları ilə mübarizə aparmaq;
  • Bütün formalarda korrupsiya və rüşvətxorluq hallarını əhəmiyyətli dərəcədə azaltmaq;
  • Bütün səviyyələrdə səmərəli, məsuliyyətli və şəffaf qurumlar yaratmaq;
  • Bütün səviyyələrdə qərarların məsuliyyətli, inklüziv, birgə və reprezentativ qaydada verilməsini təmin etmək;
  • Qlobal idarəetmə qurumlarında inkişaf etməkdə olan ölkələrin iştirakını genişləndirmək və gücləndirmək;
  • 2030-cu ilədək, hamının şəxsiyyəti təsdiq edən hüquqi sənədə, o cümlədən doğum şəhadətnaməsinə malik olmasını təmin etmək;
  • Milli qanunvericiliyə və beynəlxalq sazişlərə uyğun olaraq, informasiyaya açıq çıxış imkanını təmin etmək və əsas azadlıqları qorumaq;
  • Bütün səviyyələrdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə zorakılığın qarşısını almaq, terrorçuluqla və cinayətkarlıqla mübarizə aparmaq potensialını yaratmaq üçün digər vasitələrlə yanaşı beynəlxalq əməkdaşlıq yolu ilə müvafiq milli qurumları gücləndirmək;
  • Dayanıqlı inkişaf üçün ayrı-seçkiliyə yol verilməyən qanunları və siyasətləri təşviq etmək və həyata keçirmək.
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: