Məqsəd 1: Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq

1990-cı ildən bu günə qədər kəskin yoxsulluq səviyyəsi iki dəfədən çox azaldılıb. Bu, diqqətəlayiq  bir nailiyyət olsa da, inkişaf etməkdə olan ölkələrdə hələ də hər beş nəfərdən biri gündəlik 1.90 ABŞ dollarından az gəlirlə yaşayır və milyonlarla insanın gündəlik gəliri bu məbləği cüzi üstələyir. Üstəlik, bir çox insanlar yenidən yoxsulluğa düçar olma riski ilə üzləşir.

Yoxsulluq dedikdə, sadəcə dolanışığın dayanıqlılığını təmin etmək üçün tələb olunan gəlir və resursların olmaması nəzərdə tutulmur. Yoxsulluq həm də aclıq və zəif qidalanma, təhsilə və digər əsas xidmətlərə çıxışın məhdud olması, sosial ayrı-seçkilik və təcridolunma, eləcə də qərarların qəbul edilməsində iştirak edə bilməmə formalarında təzahür edir. Dayanıqlı iş yerlərinin təmin edilməsi və bərabərliyin təşviq edilməsi üçün iqtisadi artım inklüziv xarakter daşımalıdır.

  • Dünyada 767 milyon nəfər beynəlxalq yoxsulluq həddindən, yəni gündəlik 1.90 ABŞ dollarından az gəlirlə yaşayır.
  • Dünyada ailələri ilə yaşayan işçilərin 10%-dən azının adambaşına düşən gündəlik gəliri 1.90 ABŞ dollarından azdır.
  • Müəyyən edilmiş yoxsulluq həddindən aşağı gəlirlə yaşayan insanların böyük əksəriyyəti iki regionun payına düşür: Cənubi Asiya və Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsi.
  • Yüksək yoxsulluq səviyyəsinə daha çox qeyri-stabil  və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə rast gəlinir.
  • Dünyada yaşı 5-dən aşağı olan hər 4 uşaqdan birinin boyu yaşına uyğun deyil.
  • 2014-cü ildə hər gün 42 min nəfər insan münaqişələrə görə, sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalıb.
  • Hazırda gündəlik 1.25 ABŞ dollarından az gəlir həddində müəyyən edilən kəskin yoxsulluğa 2030-cu ilədək son qoymaq;
  • Milli anlayışlara uyğun olaraq yoxsulluğun hər hansı forması ilə üzləşən bütün yaşlarda kişilərin, qadınların və uşaqların xüsusi payını 2030-cu ilədək ən azı iki dəfə azaltmaq;
  • Hamı üçün milli səviy­yədə məqsədə uyğun sosial müdafiə sistemlərini və təd­bir­lə­rini, o cümlədən sosial təminatın minimum səviyyələrini təmin etmək və 2030-cu ilədək yoxsul və digər həssas əhalinin böyük hissəsini əhatə etmək;
  • 2030-cu ilədək, bütün kişilərin və qadınların, xüsusən də yoxsul və digər həssas əhali qruplarının iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, miras, təbii resurslar, müvafiq yeni texnologiyalar və maliyyə xidmətlərinə, o cümlədən mikro-maliyyə xidmətlərinə bərabər çıxış imkanlarına malik olmalarını təmin etmək;
  • 2030-cu ilədək, yoxsul və həssas qrupları möhkəmləndirmək, onların iqlimlə bağlı hadisələrə, eləcə də digər iqtisadi, sosial və ekoloji şok və fəlakətlərə məruz qalma hallarını və bu hadisələrə qarşı davamsızlığını azaltmaq;
  • Yoxsulluğun bütün formalarına son qoymağa yönələn proqramları və siyasətləri həyata keçirmək üçün inkişaf etməkdə olan ölkələri, xüsusən də ən az inkişaf etmiş ölkələri adekvat və qabaqcadan müəyyən oluna bilən vasitələrlə təmin etmək məqsədilə başqa vasitələrlə yanaşı, inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə müxtəlif mənbələrdən əhəmiyyətli həcmdə resursların səfərbər olunmasını təmin etmək; *
  • Yoxsulluğun aradan qaldırılması ilə bağlı tədbirlər üçün maliyyə vəsaitlərinin daha sürətli cəlb olunmasına dəstək göstərmək üçün yoxsullara yönələn və gender məsələlərini nəzərə alan inkişaf strategiyaları əsasında, milli, regional və beynəlxalq səviyyələrdə möhkəm əsaslı siyasi çərçivələr yaratmaq;
Dayanıqlı İnkişaf Məqsədləri
Bizi izləyin: