Regional tərəfdaşlığın gücləndirilməsi üçün Dayanıqlı İnkişaf üzrə Bakı Forumu keçirilir

BAKI, 25 Oktyabr 2018 – Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində regional əməkdaşlığın gücləndirilməsi Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk Bakı Forumunun əsas mövzusudur.

Tədbir dövlət rəsmiləri, parlament üzvləri, eləcə də beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatları, akademik dairələr, gənclər təşkilatları və özəl sektor təmsilçiləri daxil olmaqla 30 ölkədən 200-dən çox iştirakçını bir araya gətirib.

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatının yerli nümayəndəliyinin birgə təşkil etdiyi iki günlük Forum Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasından əhəmiyyətli texniki və maliyyə dəstəyi alıb. Tədbir, DİM-lərin inteqrasiyası, sürətləndirilməsi və siyasətin dəstəklənməsi (MAPS) missiyasının aparıldığı və DİM sürətləndiricilərinin tətbiq olunduğu ölkələrə diqqət yetirməklə regional təcrübələri bölüşmək üçün dinamik müzakirə platformasını təmin edir.

Həmçinin, iştirakçılar BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun “İnsanların səlahiyyətləndirilməsi, inklüzivlik və bərabərliyin təmin edilməsi” adlı 2019-cu il mövzusuna uyğun olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı çətinlikləri müzakirə edəcəklər.

DİM-lərin həyata keçirilməsində gənclər, qadınlar, parlamentlər, vətəndaş cəmiyyəti və digər əlaqədər tərəflərin rolu və dayanıqlı inkişaf üçün sülh və inklüziv cəmiyyətlərin təşviqi də müzakirə ediləcək. Bundan əlavə, Forum iştirakçıları DİM-lərin icrası ilə bağlı təcrübələrini bölüşəcək və 2030-cu il Gündəliyinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı və sosial məsuliyyətli biznes modellərini gücləndirmək yollarını müzakirə edəcəklər.

Tərəfdaşlığı qlobal inkişaf səylərinin önündə tutaraq, Bakı Forumu, heç kəsi kənarda qoymadan və hamının ehtiyaclarını ödəyərək birgə çalışmağın əhəmiyyətini vurğulayır. Forumun əsas hədəflərindən biri də regionda təmiz su təminatı və iqlim dəyişikliyi tədbirlərinə diqqət çəkməkdir.

Bu il keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumu iki ildən bir baş tutacaq və siyasətçilər, işgüzar liderlər və müxtəlif sahələrin mütəxəssisləri üçün aktual məsələlərin müzakirə olunduğu regional inkişaf platformasına çevriləcək.

Tədbirlər
dekabr 2018
262728293012
3456789
1011
12
13141516
17181920212223
24252627282930
31123456
12 dekabr / Çərşənbə
Bizi izləyin: