Qusarda qadınların sahibkarlıq imkanlarını inkişaf etdirəcək yeni qadın resurs mərkəzi açıldı

Beekeeper Parvana Abdullayeva created her own business in the Kohne Khudat village of Qusar , some 190 km north of Baku , thanks to substantial funding support from the Government of Switzerland. Photo / UNDP Azerbaijan

Qusar, 17 oktyabr 2019 – Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP),  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və İsveçrə Hökuməti, qadınların sahibkarlıq, özünüməşğulluq və icma inkişafı istiqamətində səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Bakının 180 km şimalında yerləşən Qusarda yeni Qadın Resurs Mərkəzinin rəsmi açılış mərasimini keçiriblər.

Qusardakı mərkəz, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyələşdirdiyi “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması[1]” layihəsi çərçivəsində kənd və rayon yerlərində qadınlar üçün yaradılan üç regional mərkəzlərdən biridir. Digər iki mərkəz isə Bakının Xəzər rayonu[2] və Sabirabadda yerləşir.

637.000 ABŞ dolları dəyərində olan bu regional təşəbbüs, 2021-ci ilə qədər davam edəcək UN Women təşkilatı və BMTİP arasındakı üç illik birgə layihənin bir hissəsidir. Azərbaycanda bu layihəni BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirir.

Mətnin tamamı burada 

Tədbirlər
noyabr 2019
28293031123
45678910
111213141516
17
18192021222324
2526272829301
17 noyabr / Bazar
Bizi izləyin: