Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb

FAO logo as seen in various locations at FAO headquarters.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal səviyyədə taxıl istehsalının 2020/21-ci illərdə yeni rekord səviyyəyə çatacağını və ehtiyatların kifayət qədər təmin olunacağını, ərzaq yardımına tələbatın isə artacağını gözləyir.

İyun ayında bitki yağları, şəkər və süd məhsullarının qiymətlərininartması nəticəsində qlobal səviyyədə ərzaq məhsullarıl qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. Lakin, taxıl və ət bazarlarında qiymətlər COVID-19 pandemiyasının səbəb olduğu bazar qeyri-müəyyənliyi şəraitində təzyiq altında qalıb.

Ən çox satılan ərzaq məhsullarının beynəlxalq qiymətlərinin dinamikasının izləndiyi FAO – nun ərzaq qiymətləri indeksinə görə iyun ayında orta hesabla 93,2 bal təşkil edib, bu da ötən aya nisbətən 2,4 faiz çoxdur.

2020-ci ilin iyul ayından etibarən ərzaq qiymətləri İndeksində qiymətlərin əhatə dairəsi genişləndirilib, baza müddəti isə 2002-2004-cü ildən 2014-2016-cı illərə dəyişdırilib. Bu düzəliş haqda daha ətraflı məlumatı FAO-nun 2020-ci il üçün “Ərzaq proqnozu” jurnalının iyun sayında dərc edilmiş məqaləsində tapa bilərsiniz. 2013-cü ilin noyabr ayında nəşr olunan məqalədə isə indeksin əvvəlki quruluşu haqda texniki məlumatlar var.

FAO bitki yağı qiymətləri indeksi dörd ay ardıcıl olaraq düşdükdən sonra iyun ayında 11,3 faiz artmışdır. Bu artım bir sıra ölkələrdə COVID-19 ilə əlaqədar karantin tədbirlərinin yumşadılmasından sonra  qlobal idxal tələbatının bərpası və  miqrant işçi qüvvəsinin uzun müddət çatışmamazlığı səbəbindən istehsalın azalması ilə bağlı narahatlıqların azalması nəticəsində palma yağının qiymətinin kəskin artımını əks etdirir. Həmçinin, soya, günəbaxan və kolza yağı qiymətləri də artıb.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən iyun ayında 10,6 faiz artıb. Xam neft qiymətlərinin artması şəkər bazarlarına güclü dəstək verərək Braziliyanın şəkər fabriklərini şəkər əvəzinə etanol istehsal etmək üçün daha çox şəkər qamışından istifadə etməyə təşviq edib və bununla da şəkərin ixrac imkanlarına və qiymətlərə təsir edib.

FAO-nun süd Qiymətləri İndeksi may ayından bəri 4,0 faiz artaraq dörd ay davamlı azalmadan sonra ilk dəfə artım göstərib. Son zamanlar qiymət artımının səbəbi Orta Şərq və Şərqi Asiya ölkələri tərəfindən idxal tələbatının bərpa edilməsi, həmçinin Avropada tələbatın mövsümi olaraq azalması və Okeaniya ərazisində sərbəst təklifin məhdud həcmdə olmasıdır.

FAO-nun taxıl qiymətləri indeksi may ayından etibarən 0,6 faiz azalıb. İyun ayında taxıl qiymətlərinin aşağı düşməsi şimal yarımkürəsində yeni məhsulun yığılması və Qara dəniz bölgəsi də daxil olmaqla bir sıra böyük ixracatçı ölkələrdə məhsuldarlığın artması ilə əlaqədardır.

FAO-nun Ət Qiymətləri İndeksi may ayından etibarən 0,6 faiz aşağı düşərək orta hesabla 2019-cu ilin iyun ayı göstəricilərindən 6,0 faiz aşağı olub. Mal əti və quş əti qiymətlərinin kotirovkası əsas istehsal edən bölgələrdə ixrac təklifinin artması səbəbindən aşağı düşüb, donuz əti qiymətləri isə əsasən Avropada, COVID-19 ilə əlaqədar tətbiq olunan bazar məhdudiyyətlərinin daha da yumşadılması gözləntilərinin təsiri altında bir qədər artıb.

Dünyada rekord sayda taxıl istehsal həcmi ehtiyatların artmasına səbəb olacaq

2020-ci ildə dünya taxıl istehsalı yeni rekord səviyyəyə – 2790 milyon tona çatmalıdır ki, bu da may proqnozundan 9.3 milyon ton, 2019-cu ildəki rekorddan isə 3.0 faiz çoxdur. Bu haqda FAO tərəfindən bu gün dərc edilən Taxıl təklifi və tələbatına dair icmalda deyilir.

Hindistan və Rusiya Federasiyası üçün buğda istehsalı üzrə proqnozlar artırılıb, bu isə Aİ və Böyük Britaniya üzrə proqnozlaşdırılan həcmlərin azalmasını artıqlaması ilə kompensasiya edir.

2020-ci ildə dünyada yem taxılının istehsal proqnozuna 1 519 milyon tona qədər artım istiqamətində yenidən baxılıb ki, bu da əvvəlki aya nisbətən 5,7 milyon ton çoxdur və Avstraliya, Avropa İttifaqı və Türkiyədə arpa istehsalının artırılması gözləntilərini əks etdirir.

FAO-nun 2020-ci il üçün qlobal düyü istehsalı ilə bağlı proqnozu 509,2 milyon tondur, bu isə iyun ayının göstəricisindən 400.000 ton artıqdır. Bu ilk növbədə əlverişli hava şəraiti səbəbindən məhsuldarlığını artırmağa imkan verən Cənubi Amerika ölkələri üçün əlverişli perspektivləri yaradır.

Gələn il qlobal taxıl istehlakının əsasən yem və sənaye məqsədləri üçün yem taxıl istehlakının artımı səbəbindən 2,735 milyon tonadək artacağı proqnozlaşdırılır , bu da əvvəlki ayın proqnozuna nisbətən 1,6 faiz çoxdur. 2020-2021 illərdə qlobal düyü istehlakının qida istehlakının artması səbəbindən iyun ayı ilə müqayisədə 1,6 faiz artaraq 510,4 milyon ton səviyyəsində yeni bir zirvəyə çatacağı proqnozlaşdırılır.

Yeni istehsal və istehlak proqnozlarını nəzərə alaraq, FAO 2021-ci ilin sonuna qədər dünyada taxıl ehtiyatlarının həcminin 929 milyon tona çatacağını və hər il 6,0 faiz davamlı artımın olacağını gözləyir.

Bu, dünyadakı taxıl ehtiyatlarının 2020-2021-ci illərdə istehlaka nisbətinin iyirmi il ərzində ən yüksək göstəriciyə-33,0 faiz artıma səbəb olaraq, yeni mövsümdə qlobal təklif üçün yaxşı perspektivlərin olduğunu göstərir.

 

Pandemiya gəlirlərə təsir etdiyi üçün ərzaq yardımı artmalıdır

Əkin və Ərzaq məhsullarına dair hesabata əsasən Münaqişələr və dəyişkən hava şəraiti ərzaq yardıma ehtiyac duyan ölkələrdə qida çatışmazlılığının yüksək səviyyədə olmasının əsas səbələri olsa da, rüblük məlumata görə, COVID-19 pandemiyası da bu məsələyə güclü və geniş miqyaslı şəkildə təsir göstərir. Hesabat, pandemiyanın bölgələrarası təsirlərinə dair məlumatları özündə əks etdirir.

Bu problemlərə baxmayaraq, qlobal taxıl biçini Avropadan başqa bütün bölgələrdə artım tempindədir. 2020-ci ildə Afrikada taxıl istehsalının 1 faiz artacağı proqnozlaşdırılır, lakin buna baxmayaraq, qitənin şimal, qərb və mərkəz bölgələrində azalmalar gözlənilir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-21-ci illər mövsümündə aşağı gəlirli və ərzaq çatışmazlığı müşahidə edilən ölkələrdə ümumi taxıl məhsulu ilə bağlı proqnozu 492,7 milyon ton səviyyəsindədir. Bununla birlikdə, əhalinin sayı daha da artır və aşağı gəlirli, ərzaq çatışmamazlığı olan ölkələr  üçün taxıl idxalına olan tələbat 73.4 milyon ton olaraq qiymətləndirilir ki, bu da əvvəlki ildəkindən 5 faiz çox hesab edilir, bu göstərici həmçinin bir sıra ölkələrdə istehsalın azaldığını da göstərir.

Son xəbərlər
Tədbirlər
avqust 2020
272829303112
3
4
56789
10111213141516
17181920212223
24252627282930
31123456
04 avqust / Çərşənbə axşamı
Bizi izləyin: