Peşə təhsili və təlimi sahəsində Avropa İttifaqının maliyyələşdirdiyi Estoniya təcrübəsinin öyrənilməsi səfəri başa çatıb

Bakı, 24 fevral 2020 – Peşə Təhsili üzrə Dövlət Agentliyi, özəl sektordan “Woodpecker” şirkətinin direktoru, Cəlilabad Peşə Təhsil Mərkəzinin mühəndis – pedaqoqları, özəl sektordan şirkət rəhbərləri, eləcə də BMT-nin İnkişaf Proqramı nümayəndələrinin Estoniya Respublikasına birhəftəlik işgüzar səfəri başa çatıb.

Səfərin əsas məqsədi Estoniyada peşə təhsili elementlərinin tətbiqi ilə tanışlıq və ümumilikdə, peşə təhsili sahəsində ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi olub. Nümayəndə heyəti Tallində yerləşən İnnove Fondu, Estoniyanın  Ali və Peşə Təhsili üzrə  Keyfiyyət Agentliyində ölkənin peşə təhsil sistemi, maliyyələşdirilməsi mexanimzləri, müsbət rəqabətliliyin tətbiqi, beynəlxalq səviyyədə əməkdaşlığı və son illər ərzində olan sahə yenilikləri ilə tanış olublar.

Səfər çərçivəsində nümayədələr Virumaa Peşə Təhsil Mərkəzi, Tallin Xidmət Məktəbi, Tartu Peşə Təhsili Mərkəzi, Viljandi Peşə Mərkəzi, Olustvere Xidmət və Kənd İqtisadiyyatı Məktəbinə baş çəkib, tikinti, mebel, qaynaq, kənd təsərrüfatı, keramika, tikiş və əl işləri, avtomobil və digər istiqamətlər üzrə tədris prosesini yaxından izləyib, mərkəzlərin idarə heyəti ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.  Qeyd olunmalıdır ki, Estoniyada tədris prosesi tam olaraq rəqəmsallaşdırıb və təhsil müəssisələri özəl sektorla yaxından əməkdaşlıq edir.

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin  İnkişaf Proqramının icra etdiyi  “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq və güclü dövlətlər qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlil təqdim edirik.

Son xəbərlər
Tədbirlər
avqust 2020
272829303112
3
4
56789
10111213141516
17181920212223
24252627282930
31123456
04 avqust / Çərşənbə axşamı
Bizi izləyin: