FAO Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin yaxşılaşdırılması üçün yeni layihənin icrasına başlayır

BAKI, 17 iyul 2019 – Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu gün Azərbaycanda veterinar diaqnostikası da daxil olmaqla heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi üçün milli potensialın gücləndirilməsi sahəsində yeni layihəyə başlayır. Layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərinin qarşısının alınması, diaqnostikası və erkən təsbiti üçün Azərbaycanın müvafiq qururmlarının potensialının artırılmasıdır.

Layihənin əsas dövlət tərəfdaşları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Milli Referans Laboratoriyası, Regional Sınaq Laboratoriyaları və Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurum olan Aqrar Xidmətlər Agentliyidir.

Azərbaycanda FAO Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Xanım Mələk Çakmak,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Cənab Qoşqar Təhməzli, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, müvafiq beynəlxalq və yerli təşkilatlar və FAO-nun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin əməkdaşı tədbirdə iştirak edəcəklər.

Layihə ümumilikdə ölkədə heyvan sağlamlığı və eləcə də insan sağlamlığı, qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin yaxşılaşmasına töhfə verəcək. Milli Referans Laboratoriyası və Regional Sınaq Laboratoriyalarının altı əməkdaşı, eləcə də bir sıra özəl və dövlət orqanlarında fəaliyyət göstərən baytarlar beynəlxalq və yerli mütəxəssislərin müxtəlif sahələrə dair (nümunələrin yığılması, daşınması, risk əsaslı nəzarət və xəstəlik hallarının təsbiti) keçirəcəyi təlimlərdə iştirak edəcəklər.

Tədbirlər
avqust 2019
2930311234
567891011
12131415161718
19202122
23
2425
2627282930311
23 avqust / Cümə
Bizi izləyin: