FAO Azərbaycanda meşələrin mühafizəsi və inkişafına dair Milli Meşəçilik Proqramını təqdim edib

FAO presented the National Forestry Programme. June, 2019. Photo/FAO Azerbaijan

BAKI, 14 iyun 2019 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Milli Meşəçilik Proqramı və onun fəaliyyət planının təqdimatını keçirib.

Meşəçilik proqramının məqsədi meşələrin idarə edilməsi üzrə institusional və hüquqi bazanın inkişafını təmin etməklə hökumətin meşə siyasətini həyata keçirməkdir.

Tədbirdə Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETNS), Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dünya Bankı, FAO-nun Türkiyə subregional ofisinin mütəxəssisləri, BMT-nin İnkişaf Proqramının əməkdaşları, İDEA İctimai Birliyi, eləcə də vətəndaş cəmiyyəti təşkilatları və akademik dairələrin nümayəndələri iştirak edib.

Təqdimat zamanı Dövlət Aqrar Universiteti və ETSN meşəçilik ixtisası üzrə gənc kadr hazırlığını təmin etmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Proqram (2020-2030) ETSN və FAO-nun həyata keçirdiyi milli meşəçilik proqramı və meşə idarəetmə sisteminin müasirləşdirilməsi üçün texniki dəstək layihəsi çərçivəsində hazırlanıb.

 

Tədbirlər
iyun 2020
1
234567
891011121314
15161718192021
22232425262728
293012345
01 iyun / Bazar ertəsi
Bizi izləyin: