FAO Azərbaycanda balıqçılıq sektorunun davamlı inkişafında hökuməti dəstəkləyir

Melek Cakmak, head of FAO Azerbaijan speaks at the national workshop on sustainable development of aquaculture sector in Azerbaijan. Baku, 11 December 2018. Photo/UNO Baku

BAKI, 11 dekabr 2018 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda balıqçılığın inkişafı üzrə ilkin qiymətləndirmə hesabatının müzakirəsi üçün milli seminar keçirib. 

Tədbir FAO-nun ölkədə balıqçılıq sektorunun davamlı inkişafı üçün dövlət balıq təsərrüfatlarının qiymətləndirilməsinə dair texniki yardımı çərçivəsində təşkil edilir.

Seminarda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və sahibkarlıq müəssisələrindən nümayəndələr, həmçinin beynəlxalq mütəxəssislər iştirak edib.

İştirakçılar, on müxtəlif dövlət balıqçılıq təsərrüfatının texniki və iqtisadi aspektləri və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün potensial islahat mexanizmləri barədə müzakirələr aparıb, qiymətləndirmə hesabatına dair ilkin tövsiyələrini paylaşıblar.

2019-cu ildə yekun qiymətləndirmə hesabatındakı məlumatları təsdiqləmək və sektorun özəlləşdirilməsi haqqında biznes planını müzakirə etmək üçün ikinci milli seminar keçiriləcək.

Tədbirlər
mart 2019
25262728123
45678910
11121314151617
1819
20
21222324
25262728293031
20 mart / Çərşənbə
Bizi izləyin: