FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib

FAO and Azerbaijani government launch partnership programme in Azerbaijan, Baku, 22 January 2019 Photo/FAO Azerbaijan

BAKI, 22 yanvar 2018-ci il –BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib.

Tədbir dövlət qurumları və BMT nümayəndəliklərini bir araya gətirib. Tərəfdaşlıq Proqramı çərçivəsində FAO Azərbaycanda qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması, iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin təsis edilməsi, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması və fındıq sənayesinin inkişafını nəzərdə tutur.

Azərbaycan və FAO ötən 23 il ərzində birgə 53 layihə həyata keçirib, hazırda 6 layihənin icrası davam etdirilir, digər 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı planlaşdırılır.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Vladimir Raxmanin Azərbaycan və FAO tərəfdaşlığının son 20 il ərzində uğurla inkişaf edərək, Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ilə nəticələndiyini qeyd edib.

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FAPP) yaradılması barədə müqavilə 2015-ci ilin may ayında FAO-nun baş direktorunun ölkəyə səfəri zamanı imzalanıb və 2016-2020-ci illər üçün 10 milyon ABŞ dolları həcmində əməkdaşlıq çərçivəsi təsis edilib.

Tədbirlər
avqust 2019
2930311234
567891011
121314151617
18
19202122232425
2627282930311
18 avqust / Bazar
Bizi izləyin: