Azərbaycanda gender bərabərliyini təşviq etmək üçün futbol üzrə yoldaşlıq oyunu keçirilib

Participants of the friendly football match to support gender equality in Azerbaijan, 2 March 2019. Photo/UNO Baku

BAKI, 4 mart 2019-cu il – Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və Azərbaycanın futbol üzrə qızlardan ibarət milli komandasının (U17 və U19) futbolçularının iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək və 8 mart Beynəlxalq Qadınlar gününü qeyd etmək üçün yoldaşlıq oyunu keçirilib.

Qadın və kişilərdən ibarət dörd komanda BMT-nin Azərbaycan nümayəndəliyinin hazırladığı və üzərində #bərabərliknaminə həştəqi eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu futbol köynəkləri və topla çıxış edib.

Tədbiri  Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA),  və Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS)  təşkil edib.

“Gendər bərabərliyi və qızların səlahiyyətləndirilməsini təşviq etmək üçün Azərbaycanın ulduz futbolçuları ilə birlikdə oynamaq  çox maraqlı idi,” BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib. Cənab İshaqzai AFFA-ya, diplomatik missiya nümayəndələrinə, HОMS-a və BMT əməkdaşlarına iştirak və dəstəklərinə görə təşəkkür edib.

AFFA-nın  Kütləvi Futbol departamentinin rəhbəri Cahangir Həsənzadə BMT-nin Azərbaycandaki nümayəndəliyinə qız futbolu və gender bərabərliyinə verdiyi davamlı dəstəyə görə təşəkkür edib.  О, bu sahədə görülən işlərə görə, BMT-nin Azərbaycandaki rezident əlaqələndiricisinə mükafat və təşəkkürnamə təqdim edib.

Tədbirlər
mart 2019
25262728123
45678910
11121314151617
1819
20
21222324
25262728293031
20 mart / Çərşənbə
Bizi izləyin: