Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda Koronavirus Pandemiyası dövründə vərəm əleyhinə dərmanların satınalınması işini davam etdirir

Bakı, 14 avqust 2020-ci il –  Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) koronavirus pandemiyası dövründə Azərbaycanın tibbi təchizat sisteminin daha da gücləndirilməsi istiqamətində birgə əməkdaşlığını davam etdirir. Continue reading “Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda Koronavirus Pandemiyası dövründə vərəm əleyhinə dərmanların satınalınması işini davam etdirir”

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi sənədinin 2019-cu ildə icrasına dair Hesabat

Böyük məmnuniyyətlə 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) Sənədinin icrasının dördüncü ilini əhatə edən illik hesabatı sizə təqdim edirik. Hesabatda Hökumət və digər milli maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, elm ictimaiyyəti və özəl sektorla birgə göstərdiyimiz səylərin nəticələri öz əksini tapır.

Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq

Zaqatala, Qax və Balakən rayonlarında yeni başlayan layihə ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq. Tərəfdaşların ilk görüşündə “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsinin məqsədləri barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyev belə bildirib.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Proqram Rəhbəri Rainer Freund layihənin hazırlanmasında rolu olan bütün tərəfdaşlara təşəkkür edib. “Azərbaycan inanılmaz dərəcədə zəngin aqro-ekoloji bölgələrə, müxtəlif iqlim tiplərinə və kənd təsərrüfatı məhsullarına malikdir. Bu məhsullardan yerli qida məmulatlarının hazırlanması ənənəsi davam edir. Avropa Birliyində və başqa yerlərdə onilliklər, bəlkə də yüzilliklərlə qorunan bu ənənə bir üstünlük kimi istifadə edilir,  yerli məhsullarla bazara çıxışı inkişaf etdirmək və rəqabət mühitini gücləndirmək vasitəsinə çevrilir” – deyən cənab Rayner Freund təqdim edilən layihənin də ana ideyasının məhz bu olduğunu vurğulayıb. Continue reading “Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq”

Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi maskaların istehsalına dəstək məqsədilə avadanlıqların satınalınmasını həyata keçirib

Bakı, 4 avqust 2020-ci il –  Avropa İttifaqının maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda koronavirus pandemiyası dövründə tibbi maskaların istehsalına dəstək məqsədilə bir sıra texniki avadanlıqların satınalınması həyata keçirilib.

Sözügedən təşəbbüs çərçivəsində iki müasir maska iplikləri üçün istifadə edilən avadanlıq və bir ton xammal BMT-nin İnkişaf Proqramının beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya çatdırılıb və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində quraşdırılıb.

Qeyd edək ki, hazırda istehsal prosesinə 85 əməkdaş cəlb olunub. 24 saat fəaliyyət göstərən emalatxanada günlük 100,000 tibbi maska istehsal edilir. İstehsal olunan maskaları şəhərimizin apteklərində əldə etmək mümkündür.

Təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

ÜST Azərbaycana COVID-19-la mübarizə üçün əsas tövsiyələrini açıqladı: testlərin, təmasın izlənməsinin və məlumatların idarə edilməsinin təkmilləşdirilməsi

BAKI, 31 iyul 2020-ci il – ÜST-nin 10 günlük missiyası Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini, təmasın izlənməsinin və test strategiyasının gücləndirilməsini tövsiyə edir.

“Bu həftə ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir. Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək aylarda bu əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi”, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmanci qeyd edib. Continue reading “ÜST Azərbaycana COVID-19-la mübarizə üçün əsas tövsiyələrini açıqladı: testlərin, təmasın izlənməsinin və məlumatların idarə edilməsinin təkmilləşdirilməsi”

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) tədqiqatları Qafqaz və Orta Asiyanın qiymətli meşələrinin dananıqlı idarə edilməsinə töhfə verir

Qafqaz və Orta Asiyanın meşələri nadir hallarda beynəlxalq ictimaiyyətin diqqətində olur və qlobal müzakirələr zamanı əksər hallarda meşələrin qorunması və dayanıqlı idarəetmə mövzusunda diqqətdən kənarda qalır. Buna baxmayaraq, ümumi sahəsi demək olar ki, Avropa Birliyinin ərazisinə bərabər olan bu meşə sahələri region üçün olduqca vacibdir. Bu meşələr torpaq eroziyası və itkisinin qarşısının alınmasında, biomüxtəlifliyin qorunmasında, karbon qazını udulmasında və bölgədə yaşayan kənd əhalisinin dolanışıqlarını təmin etməkdə böyük rol oynayırlar. Continue reading “Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) tədqiqatları Qafqaz və Orta Asiyanın qiymətli meşələrinin dananıqlı idarə edilməsinə töhfə verir”

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzainin BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Milli koordinasiya toplantısında çıxışı

Təşəkkür edirəm, Vladimir,

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sədri hörmətli Vüsal Hüseynov,

BMT həmkarları,

Hörmətli iştirakçılar!

Bugünkü onlayn görüşdə BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin həmsədri kimi iştirak etməkdən və çıxış etməkdən məmnunluq duyuram.

Baş katibin müavini və baş katibin Beynəlxalq Miqrasiya üzrə xüsusi nümayəndəsinin geniş sistemli məsləhətləşmələrindən və təklifindən sonra baş katib BMT İcraiyyə Komitəsinin 23 may 2018-ci il tarixli iclasında BMT-nin Miqrasiya üzrə şəbəkəsinin yaradılması haqda qərar qəbul edib. Şəbəkə, Qlobal Miqrasiya Qrupunu əvəz edəcək və Təhlükəsiz, Nizamlı və Qanuni  Miqrasiya üçün Qlobal Sazişin (GCM) effektiv icrasına dair sistemli dəstəyi koordinasiya edəcək.

Üzv dövlətlər, o cümlədən Azərbaycan potensialın artırılması mexanizmi də daxil olmaqla, Qlobal Sazişin icrasına, həmçinin sonrakı tədbirlər və sazişin nəzərdən keçirilməsinə səmərəli və razılaşdırılmış sistemli dəstəyi təmin etmək üçün BMT-nin Miqrasiya üzrə şəbəkəsinin yaradılması barədə Baş katibin qərarını dəstəkləyiblər.

BMqT şəbəkənin əlaqələndiricisi və katibliyi funksiyalarını yerinə yetirəcək, həmçinin şəbəkə BMT sisteminin müvafiq bölmələrinin və digər tərəfdaşların texniki biliklərindən və təcrübəsindən tam istifadə edəcək. Bundan əlavə, onun fəaliyyəti mövcud əlaqələndirmə mexanizmləri və BMT İnkişaf Sisteminin yeni mövqeyi ilə tam uyğunlaşdırılacaq.


BMT agentliklərinin və ya hökumət qurumlarının ölçüsündən və resurslarından asılı olmayaraq, müxtəlif səbəblərə görə baş verən insan köçü problemə çevrilə bilər və fərdi yanaşma ilə həll oluna bilməz. Həmin problemlər həm miqrantların, həm də cəmiyyətin maraqlarına cavab verən, humanist və nizamlı miqrasiya prinsipləri çərçivəsində kompleks cavab tədbirlərinin görülməsini tələb edir.


Bu gün fəaliyyətə başlayan BMT-nin Azərbaycandakı Miqrasiya üzrə Şəbəkəsi həmin məqsədlərə nail olmaq üçün çalışacaq: qanuni miqrasiya üçün daha aydın və daha ardıcıl bir yolun müəyyənləşdirilməsi, həmçinin miqrantların sosial, iqtisadi və ya sağlamlığı ilə əlaqəli vəziyyətinin yaxşılaşdırılmasını dəstəkləmək; onların fundamental hüquqlarının həyata keçirilməsini təmin etmək və insanları köçməyə təşviq edən əsas səbəbləri və amilləri aradan qaldırmaq. Eyni zamanda, insan alverinə, onların istismarına, miqrantlarla qəddar rəftara, miqrantlar arasında gender əsaslı zorakılığa, zorakı ekstremizmə və iqlim dəyişikliyinə qarşı daha  effektiv mübarizə aparmalı olacağıq.


BMT-nin Miqrasiya üzrə Şəbəkəsi Azərbaycan hökümətinə Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyini həyata keçirməkdə, o cümlədən miqrasiyanı BMT-nin mövcud və yeni Dayanıqlı İnkişaf konseptlərinə daxil etməkdə dəstək verəcək. Bundan başqa, BMT-nin Miqrasiya üzrə Şəbəkəsi Dayanıqlı İnkişaf Məqsədlərinin və Miqrasiya üzrə Qlobal Sazişin öhdəliklərinin yerinə yetirilməsində yaranan boşluqları doldurmaqda hökümətə yararlı vasitə ola bilər.

Çox sağ olun!

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi, Azərbaycanın bölgələrində davam edən fəaliyyətlərinə dair görüş keçirib

2020-ci ilin iyun-iyul aylarında, 5 rayonu əhatə edən Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsinə dair sorğuların keçirilməsi planlaşdırılır. İyun ayında Samux, Kürdəmir və İsmayıllı rayonlarında könüllülər və tədqiqatçıların iştirakı ilə qiymətləndirmə sorğusu həyata keçirilib. Continue reading ““Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi, Azərbaycanın bölgələrində davam edən fəaliyyətlərinə dair görüş keçirib”

BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır


Bakı, 7 İyul 2020 – BMT-nin Azərbaycandakı nümayəndəliyi və “ASAN Radio” Azərbaycanda BMT 75 təşəbbüsünü təşviq etmək üçün yeni layihəyə başlayır. Ən böyük qlobal müzakirə olan bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə həsr olunub. Layihə 20 dəqiqəlik həftəlik verilişdən ibarət olacaq və BMT 75 təşəbbüsünün ilboyu soruşacağı üç əsas sualı müzakirə edəcək: “Hansı gələcəyi qurmaq istəyirik?”; Biz düzgün yoldayıqmı?”; və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?”.
Continue reading “BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır”

Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin Ümumi Şərhlərinin Seçmə Toplusu

Bu vəsait əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin hazırladığı Ümumi Şərhlərin  Seçmə Toplusunu təqdim edir.  Bu topluda Ümumi Şərh №1, 2, 3 və 4 öz əksini tapmışdır.

Vəsait Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə dəstəyi hesabına həyata  keçirilən “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması”  layihəsi çərçivəsində tərcümə edilərək dərc olunmuşdur.

Tədbirlər
sentyabr 2020
31123456
78910111213
14151617181920
21
222324252627
2829301234
21 sentyabr / Bazar ertəsi
Bizi izləyin: