BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının COVID19 pandemiyası dövründə məhsul təqvimindən istifadə etməklə əkin işləri və məhsul yığımına dair tövsiyələri

Artıq bir çox ölkə COVID19 pandemiyası ilə əlaqədar olaraq əhalinin sıxlığını və iş fəaliyyətlərini azaltmaq kimi bir sıra tədbirlər həyata keçirir. Səhiyyə sistemində olan şokdan sonra bunun instehsal sistemində baş verməməsi üçün kənd təsərrüfatında bəzi işlərin güzəştə gedilməsi qəbul olunandır. Əgər kənd təsərrüfatı ilə işləri vaxtlı –vaxtında yerinə yetirilməsə məhsul itkisinə səbəb ola bilər ki bu da ərzaq təhlükəsizliyinə təhlükə yarada bilər. Başqa sözlə, ərzaq istehsalı sistemləri ərzaq təhlükəsizliyinə olan güclü təsir ilə çökə bilər. Continue reading “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının COVID19 pandemiyası dövründə məhsul təqvimindən istifadə etməklə əkin işləri və məhsul yığımına dair tövsiyələri”

ÜST-nin bayrağı Heydər Əliyev Mərkəzinin üzərində əks olundu – həmrəylik və dəstək rəmzi kimi

BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirir. Bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk.

Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik.

 

ÜST Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərir

BAKI, 16 aprel 2020 – Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin  dəstəyi ilə Azərbaycanın seçilmiş xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək.

Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Layihə çərçivəsində bölgələrdə yerləşən xəstəxanalarda çeşidləmə “triaj” sisteminin tətbiqi, infeksiyaların qarşısının alınması və nəzarət, xəstəlik hallarının idarə olunması, reanimasiya sistemlərinin qurulması, xəstəxanalardakı heyətə lazımi sistemlərin yaradılması və uzunmüddətli saxlanılması ilə bağlı sürətli təlimlər keçmək, bu xəstəxanlarda yeni təlim keçmiş kadrları dəstəkləmək üçün onlayn, mobil və ya rəqəmsal texnologiyalar yaratmaq nəzərdə tutulur.

Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Qeyd etmək lazımdır ki, bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər. Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından, təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçəcəklər. Hər komanda növbəti xəstəxanada fəaliyyətə başlamazdan öncə cari xəstəxanadakı heyətə sistemi idarəetmə məsuliyyətini təhvil verəcək.

Layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək və bu platforma vasitəsilə onlar təlimlər və təqdimatlar, mentorlardan video dərslər və statistik məlumatlar əldə edə biləcəklər.

BMT-nin eksperti COVID-19 ilə bağlı məhdudiyyətlərin toplaşmaq və birləşmək azadlığını dayandırmamalı olduğunu bildirir

CENEVRƏ, 14 aprel 2020-ci il – BMT-nin eksperti dövlətləri COVID-19 dövründə fövqəladə vəziyyət deklarasiyalarından toplaşmaq və birləşmək azadlığı üzərində geniş miqyaslı məhdudiyyətlərin tətbiq edilməsi üçün istifadə etməməyə çağırıb. BMT-nin eksperti bununla əlaqədar hökumətlərin və hüquq-mühafizə orqanlarının insan hüquqları pozuntularına yol verməmək məqsədilə izləməli olduqları təfsilatlı Təlimatlar dərc edib.

Continue reading “BMT-nin eksperti COVID-19 ilə bağlı məhdudiyyətlərin toplaşmaq və birləşmək azadlığını dayandırmamalı olduğunu bildirir”

UNİCEF Azərbaycan COVİD-19 qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatı təqdim edib

BAKI, 8 Aprel, 2020-ci il – UNICEF Azərbaycan bu gün COVID-19 böhranı zamanı evdə uşaqların qayğısına qalan valideynlər üçün içində faydalı fəaliyyətlər və məsləhətlər olan, özünün #LearningAtHome (#ÖvladımlaEvdə) təşəbbüsünə veb-saytında və sosial media platformalarda (Facebook, Instagram və YouTube) başladı. Xüsusilə Azərbaycan ailələri üçün hazırlanan materiallarda diqqət, qüvvədə olan  xüsusi karantin tədbirləri zamanı müxtəlif oyunlardan yaradıcı şəkildə istifadə edərək uşaqların stimullaşdırılmasına yönəlmişdir.

“Biz bilirik ki, məktəbəqədər və günərzi xidmətlərinin, həmçinin məktəblərin COVİD-19 alovlanması səbəbindən bağlanması, valideynləri uşaqların bütün gün ərzində evdə fəal və stimullu qalması kimi çağırışı ilə üz-üzə qoymuşdur. UNICEF bu çətin zamanlarda ailələrə kömək etmək üçün bəzi praktiki ideyalar və tövsiyələr təklif etmək istəyir”, – deyə UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin bildirib.

“Yeni resurslara daxil olan fəaliyyətlər uşaqları məşğul saxlamaqla yanaşı beyinlərini də inkişaf etdirməyə kömək edir. Növbəti 15 gün ərzində biz ailələrin iştirak edə biləcəyi bir sıra əyləncəli #LearningAtHome çağırışları və təşəbbüsləri ilə yanaşı valideynlərə övladlarının fəallığını təmin etmək, beyinlərini stimullaşdırmaq və valideynlərlə uşaqlar arasında bağları dəstəkləmək haqqında praktiki təklifləri də təqdim edəcəyik.

https://www.unicef.org/azerbaijan/learning-home-join-challenge ünvanında onlayn olaraq yerləşdirilən fəaliyyətlər:

  • Valideynlərə öz uşaqlarına ev şəraitində icra oluna biləcək istirahət və təhsil fəaliyyətlərinə dair xüsusi nümunələr vasitəsilə təhsil almaq imkanı verməyə kömək edir;
  • Uzun müddətli özünü-karantin dövrlərində stress və gərginliyi azaltmağa kömək edə bilər;
  • Rəqəmsal əlaqələr və birgə təcrübə vasitəsilə sosial təcrid təsirini yumşaldır
  • Uşaqlar üçün özlərini risk etmədən öyrənə və oynaya biləcəyi sağlam bir mühit yaradır.

“Bu kritik zamanda, icmalarımızın təhlükəsizliyini qorumaq üçün evdə qalmaq lazım olduqda, biz hələ də birlikdə daha güclü ola bilərik. Ümid edirik ki, bütün ölkədən valideynlər digər valideynləri həvəsləndirmək məqsədilə öz məşğələlərini və yeni ideyalarını paylaşaraq, övladları ilə birlikdə keçirdikləri müxtəlif fəaliyyətləri əks etdirən qısa videoları və ya təsvirləri #LearningAtHome, #ÖvladımlaEvdə heşteqlərin-dən istifadə edərək dərc edəcəklər”, – deyə Edvard Karvardin əlavə etmişdir.

Bundan başqa, Təhsil Nazirliyinin https://edu.gov.az və Azərbaycan Təhsil İnstitutunun www.ilk5il.az/az/index veb-saytlarında uşaqların ev şəraitində fəaliyyətlərinin və təhsilinin təşkilində valideynlərə köməklik göstərmək üçün UNICEF-in yeni resursları yerləşdiriləcək.

###

UNICEF haqqında

UNICEF ən əlverişsiz şəraitdə yaşayan uşaqlara çatmaq üçün dünyanın ən çətin yerlərində işləyir. Biz 190-dan çox ölkə və ərazilərdə hər bir uşaq, hər yerdə, hər kəs üçün daha yaxşı bir dünya qurmaq məqsədilə çalışırıq,.

Əlavə məlumat üçün

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr və

Tərəfdaşlıq Məsələləri üzrə mütəxəssisi, xanım Ayna Mollazadə ilə

əlaqə saxlamağınız xahiş olunur:

Elektron ünvan: amollazade@unicef.org

ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır  

BAKI, 7 Aprel 2020COVID-19 pandemiyası qlobal səhiyyə işçi qüvvəsinin gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Ümumdünya Sağlamlıq Günü münasibətilə yayımlanan “2020-ci ildə dünyada orta tibb işçilərinin vəziyyəti” adlı hesabat dünyada tibb bacılarının çatışmazlığını, onların təhsili, fəaliyyəti və liderlik bacarıqlarının inkişafına yönəldilmiş investisiya üçün prioritet sahələri müəyyənləşdirdi. Continue reading “ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır  “

BMT-nin baş katibi Antonio Quterreşin gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanatı

COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın iflasına səbəb olur.

Bu yaxınlarda mən ümumi mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırmışdım.

Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim.

Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır.

Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir.

Öz evlərində.

Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm.

COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər.

Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq.

Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.

Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur.

Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram.

Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir.

Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır.

Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir.

Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır.

Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq.

Tədbirlər
iyun 2020
123
4
567
891011121314
15161718192021
22232425262728
293012345
04 iyun / Cümə axşamı
Bizi izləyin: