“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi, Azərbaycanın bölgələrində davam edən fəaliyyətlərinə dair görüş keçirib

2020-ci ilin iyun-iyul aylarında, 5 rayonu əhatə edən Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsinə dair sorğuların keçirilməsi planlaşdırılır. İyun ayında Samux, Kürdəmir və İsmayıllı rayonlarında könüllülər və tədqiqatçıların iştirakı ilə qiymətləndirmə sorğusu həyata keçirilib. Continue reading ““Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi, Azərbaycanın bölgələrində davam edən fəaliyyətlərinə dair görüş keçirib”

BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır


Bakı, 7 İyul 2020 – BMT-nin Azərbaycandakı nümayəndəliyi və “ASAN Radio” Azərbaycanda BMT 75 təşəbbüsünü təşviq etmək üçün yeni layihəyə başlayır. Ən böyük qlobal müzakirə olan bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə həsr olunub. Layihə 20 dəqiqəlik həftəlik verilişdən ibarət olacaq və BMT 75 təşəbbüsünün ilboyu soruşacağı üç əsas sualı müzakirə edəcək: “Hansı gələcəyi qurmaq istəyirik?”; Biz düzgün yoldayıqmı?”; və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?”.
Continue reading “BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır”

Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin Ümumi Şərhlərinin Seçmə Toplusu

Bu vəsait əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin hazırladığı Ümumi Şərhlərin  Seçmə Toplusunu təqdim edir.  Bu topluda Ümumi Şərh №1, 2, 3 və 4 öz əksini tapmışdır.

Vəsait Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə dəstəyi hesabına həyata  keçirilən “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması”  layihəsi çərçivəsində tərcümə edilərək dərc olunmuşdur.

ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

BAKI, 3 iyul 2020 – Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi 3 aylıq marafondan sonra Bakıda və regionlardakı seçilmiş xəstəxanalarda işini yekunlaşdırıb.

Hər biri 2 həftə davam edən 4 mərhələdə həyata keçirilən layihə, 5 bölgədəki – Bakı, Gəncə, Şəmkir, Ağdaş və Goranboy – 12 xəstəxananı əhatə edib. Layihə çərçivəsində COVID-19 laboratoriya nəticələrinin təfsiri, COVID-19-lu ağır xəstələrin idarə edilməsi daxil olmaqla, müxtəlif mövzularda keçirilən təlimlərdə iştirak sayı 1185 olub. 5 xəstəxanada infeksiyaya nəzarət komitələrinin yaradılmasına dəstək göstərilib, digər xəstəxanaların eyni təcrübədən istifadə etməsi üçün nümunə yaradılıb.

Xəstəxanaların monitorinqi və qiymətləndirilməsinin tərkib hissəsi kimi tətbiq olunan ÜST-nin Xəstəxana Hazırlıq Siyahısı nəticəsində layihənin həyata keçirildiyi əksər xəstəxanalarda infeksiyanın qarşısının alınması və nəzarət tədbirlərinin gücləndirilməsi, xəstələrin idarə olunması, nəzarət və hadisələrin idarə edilməsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Çətinliklər və təkmilləşdirmə yolundakı maneələr tövsiyələrlə birlikdə rəsmi qurumlara təqdim edilib.

12 xəstəxanada COVID-19-a qarşı hazırlığı dəstəkləməklə yanaşı, Yeni Klinikanın daxilində Təlim Mərkəzi də yaradılıb. 12-30 iyun tarixləri arasında 119 tibb işçisi bu Mərkəzdə  “COVID-19-dan qorunmağın üsulları” mövzusunda təlimlərdə iştirak edib.

REACT-C19 layihəsi nəticəsində ÜST, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kimi digər qurumlar arasında əməkdaşlıq gücləndirilib, məqsədyönlü təlimlər vasitəsilə insan resursları potensialı artırılıb.

Layihə yekunlaşsa da, orada iştirak edən konsultant-həkimlərin bir çoxu ölkəyə dəstəyi davam etdirmək üçün bir müddət daha Azərbaycanda qalmaq qərarına gəliblər.

REACT-C19 layihəsi haqqında

REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilib. Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqanların xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunublar.

Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal səviyyədə taxıl istehsalının 2020/21-ci illərdə yeni rekord səviyyəyə çatacağını və ehtiyatların kifayət qədər təmin olunacağını, ərzaq yardımına tələbatın isə artacağını gözləyir.

İyun ayında bitki yağları, şəkər və süd məhsullarının qiymətlərininartması nəticəsində qlobal səviyyədə ərzaq məhsullarıl qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. Lakin, taxıl və ət bazarlarında qiymətlər COVID-19 pandemiyasının səbəb olduğu bazar qeyri-müəyyənliyi şəraitində təzyiq altında qalıb. Continue reading “Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb”

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin 1 iyul 2020-ci ildən etibarən qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunda etdiyi dəyişikliklər barədə açıqlaması

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi (BMT QAK) arasında razılaşmalara uyğun olaraq, təşkilat 1 iyul 2020-ci il tarixdən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırdığını elan edir. Buna görə də, 1 iyul 2020-ci il tarixdən başlayaraq sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, BMT QAK tərəfindən isə artıq baxılmayacaq. Analoji olaraq, BMT QAK 1 iyul 2020-ci il tarixdən etibarən sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək. Bu dəyişikliklər qeyd olunan tarixədək sığınacaq üçün müraciət etmiş sığınacaq axtaranlara BMT QAK tərəfindən aparılan qeydiyyat və ya sənədləşdirmə baxımından mənfi təsir göstərməyəcək. BMT QAK sərəncamında olan maliyyə resursları çərçivəsində aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək. 

Ötən illər ərzində məhsuldar əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər əldə olunmuşdur ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün davamlı həll yollarının təmin edilməsində hökumətin mühüm rolunu bir daha vurğulayır. Bununla belə, Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsi hələ başa çatmayıb. Belə ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var. 

BMT QAK yuxarıda qeyd edilən sahələrdə Azərbaycan hökuməti ilə mövcud əməkdaşlığı daha da gücləndirməyə hazırdır və bu təşkilatın mandatının şamil olunduğu şəxslərin problemlərinin həlli sahəsində dəstəyini davam etdirəcək. 

BMT-nin Əhali Fondu: dünyada cinsə görə ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

1 İyul 2020Bakı – BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar. 

“Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur”, deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir. 

Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33 000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 mln. “itirilmiş” qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib. 

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.   

Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.   

“Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir”, deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. “Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influyenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik.”  

Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.    

“Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”, deyə Alanna Armitaj bildirir.

Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir

25 iyun 2020, Bakı

Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 22 iyun tarixində respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilib.

Avropa İttifaqının maliyyələşdirdiyi və ÜST tərəfindən ölkəyə gətirilən 168 min ədəd fərdi qoruyucu vasitənin 10 mini şəffaf maska, 10 mini qoruyucu eynək, 8 mini qoruyucu kombinezon və 140 mini respirator maskadır. Continue reading “Avropa İttifaqı və ÜST Azərbaycanda COVID-19-la ön cəbhədə mübarizəni zəruri tibbi ləvazimatlarla dəstəkləyir”

Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınların əmək bazarına çıxışı barədə Birgə Bəyanatı

Dünyanın bir çox ölkəsi misli görünməmiş COVID-19 koronovirus böhranı ilə mübarizəni davam etdirdiyi bir zamanda zorla didərgin salınma halları artmaqdadır. Hazırda bu, bəşəriyyətin bir faizindən çoxuna təsir göstərir ki, onlar da münaqişələrdən, təqiblərdən və ictimai asayişi ciddi surətdə pozan hadisələrdən qaçmaqdan başqa seçimi olmayan və evlərinə qayıda bilməyən insanlardır.  Qlobal miqyasda köçürülməyə məruz qalmış insanların dünya tarixində qeydə alınmış ən yüksək həddə-79.5 milyona çatdığı bir məqamda, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) BMT QAK-ın mandatı altında olan təxminən 2000 qaçqın və sığınacaq axtaran şəxs üçün yerli inteqrasiya şəraitinin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyətlərini davam etdirir.

2019-cu ilin dekabr ayında baş tutan Qlobal Qaçqın Forumunda qaçqınların qanuni məşğulluğunun və əmək bazarına çıxışının asanlaşdırılması Azərbaycan nümayəndə heyəti tərəfindən götürülən mühüm bir öhdəlik və dünya qaçqınları, eləcə də onlara ev sahibliyi edən ölkələr və icmalarla həmrəyliyin qurulmasında mühüm mərhələ olmuşdur. Qlobal Qaçqın Forumundan sonrakı aylar ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öhdəliyin icrasını təmin etmək məqsədilə Əmək Nazirliyi və digər dövlət qurumları ilə iş aparıb. 20 iyunda qeyd edilən Beynəlxalq Qaçqın Günü ərəfəsində əldə edilən böyük nailliyyət ondan ibarətdir ki, hazırda Azərbaycanda olan qaçqın və sığınacaq axtaran şəxslər fərdi eyniləşdirmə nömrələri üçün müraciət edə və əmək müqavilələrini qeydiyyata aldıra bilərlər. 

 “Azərbaycan hökuməti BMT QAK-ın himayəsində olan sığınacaq axtaran şəxslərin və qaçqınların qanuni məşğulluğunu asanlaşdırmaq, həmçinin qanuni əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmaq üçün mühüm addımlar atıb. Dövlət Miqrasiya Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu yaxınlarda birgə həyata keçirdiyi tədbirlər bu şəxslərin əmək hüquqlarını tam təmin edib”- deyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəsi Guido Ambroso isə “Xoşbəxtlikdən, Hökumət bu qaçqınların yalnız qeyri-rəsmi məşğulluq və humanitar yardımlara güvənmək əvəzinə özlərini təmin etmələrinə və vergi ödəmələrinə imkan verəcək qanuni məşğulluğa çıxış məsələsini həll edir. Bu, inklüzivlik və inteqrasiya yolunda irəliyə doğru böyük bir addım olacaq” ifadəsini səsləndirib.

Ötən illər ərzində səmərəli əməkdaşlıq, texniki dəstək və potensialın artırılması fəaliyyətləri nəticəsində milli sığınacaq prosedurlarında beynəlxalq standartlara uyğun bir sıra pozitiv irəliləyişlər baş verib ki, bu da qaçqınların himayə olunmasında və onlar üçün uzunmüddətli həll yollarının təmin edilməsində Hökumətin mühüm rolunu bir daha vurğulayır.

19 iyun 2020

AQUAHACK: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı suya qənaət mövzusunda hakaton keçirir

BAKI, 10 iyun 2020 – Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hakatona start verir. Continue reading “AQUAHACK: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı suya qənaət mövzusunda hakaton keçirir”

Tədbirlər
iyul 2020
293012345
6789101112
13
14
1516171819
20212223242526
272829303112
14 iyul / Çərşənbə axşamı
Bizi izləyin: