Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə – Qlobal Strategiya

Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi (Peste des petits ruminants-PPR) təxminən 70 ölkədə xırdabuynuzlu heyvanlara ciddi şəkildə təsir göstərə bilər. Bu, dünyada qoyun və keçilərin 80%-dən çoxunun cəmləşdiyi və dolanışığı bu cür xırdabuynuzlu heyvanların saxlanılmasından asılı olan 330 milyondan çox yoxsul insanın yaşadığı regionlarda hər il 1,5-2 milyard ABŞ dolları dəyərində itkiyə səbəb olan həddən artıq yoluxucu xəstəlikdir.

Bu sənəddə təsvir olunan Qlobal Strategiya yalnız PPR-ə nəzarət və xəstəliyin aradan qaldırılması üçün nəzərdə tutulmuş “müstəqil” fəaliyyət deyil. O, Strategiyanın əsasını təşkil edən Baytarlıq xidmətlərini yaxşılaşdırmaqla, digər sahələr üzrə də tərəqqinin əldə olunmasına şərait yaradacaq ki, bu da, öz növbəsində, xırdabuynuzlu heyvanlar arasında yayılan bir çox əsas xəstəliyə qarşı fəaliyyətləri maddi cəhətdən səmərəli şəkildə əlaqələndirməklə, digər heyvan xəstəliklərinə nəzarət etmək üçün münbit şərait yaradacaq.

Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin Ümumi Şərhlərinin Seçmə Toplusu

Bu vəsait əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin hazırladığı Ümumi Şərhlərin  Seçmə Toplusunu təqdim edir.  Bu topluda Ümumi Şərh №1, 2, 3 və 4 öz əksini tapmışdır.

Vəsait Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə dəstəyi hesabına həyata  keçirilən “İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması”  layihəsi çərçivəsində tərcümə edilərək dərc olunmuşdur.

Azərbaycanda Qoyunçuluq üzrə Dəyər Zəncirinin İnkişafı (2025-ci ilə baxış)

“Azәrbaycanda Qoyunçuluq Dәyәr Zәncirinin İnkişafı – 2025-ci ilә Baxış” hesabatı. Son illәrdә Azәrbaycanda heyvandarlıq sahәsindә hәyata keçirilәn bir çox mәqsәdyönlü tәdbirlәr  nәticәsindә istәr iribuynuzlu mal qara sahәsindә, istәrsә dә qoyunçuluq sahәsindә müәyyәn nailiyyәtlәr әldә edilib. Xüsusәn son illәrdә Azәrbaycanın müxtәlif bölgәlәrindә iri aqrokomplekslәrin istifadәyә verilmәsi vә bu aqro-komplekslәrdә xüsusәn iribuynuzlu mal qara sahәsinin inkişaf  etdirilmәsinә böyük sәrmayәlәr qoymaqla müәyyәn mәnada dәyәr zәncirinin müxtәlif halqalarını  inkişaf etdirmәk mümkün olub. Bu baxımdan, dəyər zənciri üzrə bu tədqiqat “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı” layihəsi çərçivəsində Azərbaycanda qoyunçuluq sektorunun transformasiyası üzrə strateji baxış və fəaliyyət istiqamətlərinin təmin edilməsi üçün hazırlanaraq təqdim edilib.

“Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin Ümumi Tövsiyələrinin Seçmə Toplusu”

“Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin Ümumi Tövsiyələrinin Seçmə Toplusu” Qadınlara  qarşı  ayrı‐seçkiliyin  ləğv  edilməsi  üzrə  Komitənin  hazırladığı  Ümumi Tövsiyələrin seçmə toplusunu təqdim edir.  Continue reading ““Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin Ümumi Tövsiyələrinin Seçmə Toplusu””

BMT-nin Azərbaycan nümayəndəliyindən aylıq xəbərlər – Noyabr 2019 buraxılışı

BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın ölkədəki rezident agentliklərinin fəaliyyətlərini əhatə edən bülleteninin 2020-ci ilin yanvar buraxılışını təqdim edir. Bu nəşr vasitəsilə bizim son iki ayda baş tutan tədbir və fəaliyyətlərimiz, eləcə də rəsmi səfərlər və kampaniyalarımız haqqında oxuya biləcəksiniz.

 

Öncəki buraxılışlara aşağıdan nəzər yetirə bilərsiniz:

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə sənədinin 2018-ci ildə icrasına dair Hesabat

Böyük məmnuniyyətlə 2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) Sənədinin icrasının üçüncü ilini əhatə edən illik hesabatı sizə təqdim edirik. Hesabatda Hökumət və digər milli maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları, elm ictimaiyyəti və özəl sektorla birgə göstərdiyimiz səylərin nəticələri öz əksini tapır.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin xəbər bülleteni

Böyük məmnuniyyətlə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin hazırladığı elektron xəbər bülletenini sizə təqdim edirik. Burada siz BMT QAK-ın Azərbaycanda həyata keçirdiyi işlərlə, eləcə də qaçqınlar, sığınacaq axtaranlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslərlə bağlı son statistik məlumatlarla tanış ola bilərsiniz.

Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər

Azərbaycanda özəl sektorda qadınların qarşılaşdıqları çətinlik və imkanları araşdıran tədqiqatın məqsədi qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən hökumət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin səylərinə töhfə verəcək təhlillərin aparılmasıdır. Continue reading “Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər”

Universal Dövri İcmal üzrə İşçi Qrupun hesabatı

BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycana dair məruzəyə baxış sənədi hazırlanıb. Sənəddə, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, dialoqun təşviqi və təcrübənin bölüşdürülməsi istiqamətində görülən işlərə dair məruzə haqda 105 nümayəndə heyətinin qeyd və tövsiyələri, eləcə də Azərbaycan tərəfinin cavabları yer alır.

Bu vəsait BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının təşəbbüsü ilə Azərbaycan dilinə tərcümə olunub və nəşr edilib.

Son xəbərlər
Tədbirlər
avqust 2020
272829303112
3
4
56789
10111213141516
17181920212223
24252627282930
31123456
04 avqust / Çərşənbə axşamı
Bizi izləyin: