BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş sərgi keçirir

BAKI, 10 dekabr 2018 – Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində üç gün davam edəcək sərginin açılışını keçirib. Continue reading “BMT Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş sərgi keçirir”

BMT Azərbaycanda Beynəlxalq Könüllülər Gününün qeyd olunmasını dəstəkləyir

BAKI, 5 dekabr 2018 – Beynəlxalq Könüllülük Gününü (BKG) qeyd edən tədbir 200-ə yaxın milli könüllü, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. ADA Universitetinin ev sahibliyi etdiyi tədbiri BMT Könüllüləri (UNV), “ASAN Xidmət” və “Coca-Cola” Fondu təşkil edib. Continue reading “BMT Azərbaycanda Beynəlxalq Könüllülər Gününün qeyd olunmasını dəstəkləyir”

Dr. Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi təyin edilib

BAKI, 13 sentyabr – Dr. Hande Harmancı (Türkiyə) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı yeni nümayəndəsi olaraq fəaliyyətə başlayıb.

“BMT Qadın Liderlər” proqramının məzunu olan Dr. Hande Harmancı, qlobal və milli səviyyələrdə 28 illik tibb universiteti müəllimliyi və tədqiqatçı təcrübəsinə malik ictimai səhiyyə mütəxəssidir.

Dr. Harmancı Azərbaycana təyinatından öncə 13 il ərzində ÜST-ün müxtəlif bölümlərində fəaliyyət göstərib. O, ÜST-nin baş qərargahında tibb təhsili üzrə xüsusi məsləhətçi kimi səhiyyə sahəsində tədris proqramlarının hazırlanmasına məsul olub. 2009-cu ildə dünyada H1N1 epidemiyası yayılan zaman Qlobal Qrip Proqramı çərçivəsində hazırlıq, informasiya və təlim komandasının rəhbəri vəzifəsində çalışıb. 2011-2018-ci illər ərzində Qlobal Hepatit Proqramı çərçivəsində fəaliyyət göstərib. Proqramın əsas təsisçilərindən biri kimi öz səylərini geniş yayılan hepatitin aradan qaldırılması üzrə qlobal strategiyaya yönləndirib, ölkələrə qlobal məqsədlərə nail olmaqda dəstək göstərib və ÜST-ün hepatit üzrə Əməkdaşlıq Mərkəzlərinin fəaliyyətini əlaqələndirib.

ÜST-yə qoşulmazdan öncə Hande xanım 1994-2005-ci illərdə Marmara Universitetində İctimai Səhiyyə üzrə professor və İstanbulda səhiyyə xidmətləri üzrə direktor vəzifələrində çalışıb.

Dr. Harmancı həmçinin, yetkin təhsil və təlimi, tədris materiallarının hazırlanması və öyrədilməsi üzrə Master təlimçidir.

İngilis, türk, fransız və Azərbaycan dillərində sərbəst danışır.

Ümumdünya Humanitar Yardım Günündə Baş katib çağırış edib

Böhranlardan zərər çəkən insanlarla həmrəy olmaq və onlara kömək edən yardım işçilərini ehtiramla yad etmək üçün hər il 19 avqustu Ümumdünya Humanitar Yardım Günü olaraq qeyd edirik.

İraqın Bağdad şəhərindəki BMT qərargah-mənzilinə 22 nəfər həmkarımızın itkisi ilə nəticələnən hücumdan 15 il ötür. Ümumdünya Humanitar Yardım Gününə səbəb olan həmin faciədən bu günə qədər 4000-dən artıq yardım işçisi öldürülüb, yaralanıb, həbsə atılıb yaxud qaçırılıb. Bu illik ortalama 300 nəfər deməkdir.

Münaqişə zonalarında sivillər planlı yaxud təsadüfi hücumlar nəticəsində hələ də öldürülür və işgəncəyə məruz qalırlar. Ötən il Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, İraq, Somali və Yəmən olmaqla yalnız 6 ölkədə hücumlar nəticəsində 26000 nəfərdən çox sivilin ölüm və yaralanma halları BMT tərəfindən qeydə alınıb.

Dünyanın müxtəlif yerlərində münaqişələrə görə evlərini tərk edən insanların sayı durmadan artır, hal-hazırda 65 milyondan artıq köçkün şəxs var. Uşaqlar silahlı qruplar tərəfindən yığılır və döyüşdürülür.

Qadınlar zorakılığa məruz qalır və alçaldılır. Ehtiyac içərisində olanlara yardım əlini uzadan humanitar işçilər tez-tez hədəfə alınır və təhlükə mənbəyi olaraq davranılırlar.

Ümumdünya Humanitar Yardım Günündə mən dünya liderlərini münaqişələrin ortasında qalmış insanları qorumaq üçün güclərinin yetdiyi qədər hər şeyi etməyə çağırıram.

Hər kəsi, worldhumanitarianday.org saytında kampaniyamıza qoşulmağa dəvət edirəm. Göstərək ki, dinc əhali #hədəfdeyil.

Münaqişədən zərər çəkən dinc əhali və onlara kömək etmək üçün öz həyatlarını riskə atan humanitar yardım işçiləri ilə hamımız birlikdə həmrəyik.

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: