BMTİP və Azərbaycan Hökuməti, milli iqlim məqsədlərinə çatmaq üçün Yaşıl İqlim Fondu ilə əməkdaşlıq yollarını müzakirə edir

Discussion of ways to engage with the Green Climate fund to achieve national climate goals. Photo/UNDP Azerbaijan

BAKI, 31 iyul 2019 – BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yaşıl İqlim Fondu (YİF) ilə gələcək fəaliyyət üçün ölkə proqram sənədinin ilkin versiyasını təqdim etmək məqsədilə maraqlı tərəflərin görüşünü təşkil edib.

Tədbir BMTİP-in həyata keçirdiyi Azərbaycanın Yaşıl İqlim Fondu ilə Əməkdaşlığına Hazırlıq layihəsinin bir hissəsidir. Layihə YİF ilə tərəfdaşlıq şəraitində iqlim dəyişikliyi istiqamətli proqramları həyata keçirmək üçün milli maraqlı tərəflərin bilik və bacarıqlarını artırmaq və milli iqlim məqsədlərinə çatmaq üçün özəl sektorun nizamlı və fəal iştirakına şərait yaratmağı hədəfləyir.

Görüş zamanı layihə mütəxəssisləri və beynəlxalq məsləhətçilər iştirakçılara layihə çərçivəsində görülən fəaliyyətlər, o cümlədən aparılan maarifləndirmə kampaniyaları, potensial layihə təkliflərinə baxılması proseduru, dövlət, özəl və vətəndaş cəmiyyəti təşkilatları üçün bilik və bacarıqların artırılması təşəbbüsləri, eləcə də Yaşıl İqlim Fondu vasitəsilə maliyyələşdirmə imkanları barədə məlumat veriblər.

2015-ci ildə təsis edilmiş Yaşıl İqlim Fondu, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əsas maliyyə mexanizmidir. Fond inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azadılması təcrübələri sahəsində biliklərini artırmaqda və maliyyə təminatında kömək etmək üçün yaradılıb. Fondun yatırımları qrant, kredit, kapital və ya zəmanət şəklində ola bilər.

 

Tədbirlər
avqust 2019
2930311234
567891011
12131415161718
19202122
23
2425
2627282930311
23 avqust / Cümə
Bizi izləyin: