BMT və Azərbaycan Hökuməti tərəfdaşlıq çərçivəsi sənədinin illik nəticələrini nəzərdən keçirib

United Nations and Government of Azerbaijan review annual results of partnership framework. Baku, Azerbaijan. May 2019

BAKI, 3 may 2019 – Bu gün Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının agentliklərini (BMT) təmsil edən 50-ə yaxın yüksək vəzifəli şəxsin iştirakı ilə BMT-Azərbaycan Birgə İstiqamətləndirici Komitəsinin illik iclası baş tutub. İclasda BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədinin 2018-ci ildə icrası zamanı əldə olunan nəticələr nəzərdən keçirilib.

İclasa Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai həmsədrlik edib.

İstiqamətləndirici Komitənin iclasında iqtisadi artım və layiqli əmək, institusional potensial, dövlət xidmətləri və sosial xidmətlər, eləcə də ətraf mühitin mühafizəsi və təbii fəlakət risklərinin azaldılması sahələrində BMT-nin Azərbaycanın inkişafı üçün verdiyi töhfələr müzakirə olunub.

İstiqamətləndirici Komitə UNAPF-ın 2018-ci ildə icrası zamanı əldə olunan nəticələri qəbul edib, həmçinin, 2019-2020-ci illər üzrə birgə iş planlarını, aralıq icmalın nəticələrini və UNAPF-ın yekun qiymətləndirilməsi üçün şərtləri təsdiq edib.

2016-2020-ci illər üçün UNAPF sənədi Azərbaycanda BMT sisteminin hazırladığı dördüncü əməkdaşlıq sənədidir. Bu sənəd inkişafa yardım üzərində qurulan əməkdaşlıqdan milli potensialın artırılmasına töhfə verən, milli planlaşdırma prosesi ilə uzlaşmaqla daha çox bilik tələb edən və təşviqatyönlü birgə səylərə əsaslanan tərəfdaşlığa keçidlə səciyyələnir.

 

Tədbirlər
may 2019
293012345
6789101112
13141516171819
2021222324
25
26
272829303112
25 may / Şənbə
Bizi izləyin: