BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzainin Yaponiya “Fuji Optical” özəl şirkətinin Azərbaycanda görmənin yaxşılaşdırılması yardım missiyasının 15 illiyinə həsr olunmuş tədbirdəki çıxışı

Baş nazir müavini cənab Əli Həsənov,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Bu gün Fuji vision yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə çıxış etməkdən çox şadam.

Hər il BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edərək qaçqınlar, məcburi köçkünlər və digər aztəminatlı insanlar üçün 2006-cı il “Nansen Qaçqın” mükafatçısı Dr. Akio Kanainin pulsuz yoxlama apardığı və eynəklər payladığı bu cür missiyaları həyata keçirir.

“Fuji Optical” şirkəti 2005-ci ildən Azərbaycana humanitar missiyalarının icrası üçün 2,8 milyon ABŞ dollarından çox vəsait sərf edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı fəaliyyətlərinə dəstək olaraq 59 min yüksək keyfiyyətli eynək və digər əşyalar ölkəyə gətirilib.

Ümumilikdə, 31 mindən çox qaçqın, məcburi köçkün və digər aztəminatlı şəxslər missiyalar zamanı göstərilən ödənişsiz yoxlama xidmətlərindən yararlanıblar.

“Fuji Optical” şirkəti bu il BMT QAK-a 3300 ədəd eynək, həmçinin görmə və eşitmə ilə əlaqəli digər əşyalar ianə edib və Yevlax, Goranboy və Bakı şəhərlərində keçiriləcək altı günlük eynək paylanışı müddətində 2400 məcburi köçkün, qaçqın və sığınacaq axtaran şəxsi müayinə etməyi planlaşdırır.

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycana görmənin yaxşılaşdırılması missiyası vasitəsilə göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu, Azərbaycanın üzləşdiyi köçkün probleminə və BMT-nin Qaçqınlar üzrə Agentliyinin işinə qarşı anlayışı və xoş niyyəti göstərir.

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Hökumətinin humanitar yardım sahəsində birgə fəaliyyəti 1992-ci ildən başlayıb.

BMT-nin rolu Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında böyük humanitar fəlakətin qarşısını almaq üçün həlledici idi. Birləşmiş Millətlər Təşkilatının yardımı əsasən, münaqişədən əziyyət çəkən qaçqın və məcburi köçkünlərin ehtiyaclarına yönəlmişdi.

Bu müddət ərzində BMT agentlikləri Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayondan 600 mindən çox məcburi köçkünə ərzaq, səhiyyə xidmətləri, sığınacaq və digər qeyri-ərzaq malları təmin edib. Yardım 1988-1992-ci illərdə Ermənistanı tərk etmək məcburiyyətində qalan 200 min azərbaycanlı qaçqına da şamil olunurdu.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınlarla bağlı işlərin idarə edilməsi və ölkəyə yardım göstərilməsi məsələlərində biliyə sahib ilk beynəlxalq təşkilatlardan biri idi.

Hökumətin, yerli cəmiyyətlərin və beynəlxalq ictimaiyyətin birgə səyləri kütləvi aclıq, epidemiya və sosial çaxnaşma kimi böyük miqyaslı problemlərin ən faciəli nəticələrinin qarşısının alınmasında vacib idi.

Humanitar fəaliyyət Dayanıqlı İnkişafa dair 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün əsasdır.

2030-cu il Gündəliyi, çətin vəziyyətdəki insanlar ilə qlobal həmrəyliyi, münaqişənin həlli və ya qarşısının alınması üçün yeni öhdəliyi, eləcə də inkişaf məqsədlərinə nail olmaq üçün miqrantların, məcburi köçkünlərin və qaçqınların mühüm rolunun tanınmasını nəzərdə tutur.

Beləliklə, həssas qrupların humanitar ehtiyaclarının qarşılanması sadəcə, dayanıqlı inkişafın ön şərti deyil, eyni zamanda dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün zərurətdir.

Məqsədlər üçün Tərəfdaşlığı nəzərdə tutan 17-ci məqsəd, DİM-lərin yalnız kollektiv fəaliyyətlə əldə edilə biləcəyini ifadə edir. Bu baxımdan, humanitar sahədə məsul tərəflərin öhdəlik və əməkdaşlığı DİM-lərə nail olunması üçün şərtdir. Gündəliyin həyata keçirilməsinə yönəlmiş səylər, kompleks fövqəladə vəziyyətlərin qarşısının alınması və belə vəziyyətlərə qarşı müqavimətin yaradılması üçün mütləqdir.

Təşəkkürlər!

Tədbirlər
sentyabr 2019
2627282930311
2345678
9101112131415
161718
19
202122
23242526272829
30123456
19 sentyabr / Cümə axşamı
Bizi izləyin: