BMT-nin baş katibi: “Biz hamımız bir qayıqdayıq – insan hüquqları, COVİD-19-a cavab tədbirləri və virusdan sonrakı bərpa mərhələsi”

COVİD-19 pandemiyası ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətdir – lakin o bununla kifayətlənmir. 

Bu iqtisadi böhrandır. Sosial böhrandır. İnsan hüquqları böhranına çevrilmək təhlükəsi olan bəşəri böhranıdır. 

Fevral ayında mən insan ləyaqətinə hörməti və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindəki vədləri işimizdə əsas götürmək üçün Fəaliyyətə Çağırış etdim.

O zaman dediyim kimi, böhran dövründə insan hüquqları ikinci dərəcəli sayıla bilməz və biz hazırda bəşər tarixində ən böyük beynəlxalq böhranla üzləşmişik.

Bu gün mən insan hüquqlarının COVID-19-a cavab tədbirləri və ondan sonrakı bərpa mərhələsini necə istiqamətləndirə biləcəyini önə çəkən hesabat yayımlayıram.

Mesajım aydındır: insanlar və onların hüquqları ön planda və diqqət mərkəzində olmalıdır.

İnsan hüquqları deyəndə hər kəsi nəzərdə tuturuq və heç kəs kənarda qalmamalıdır. 

İnsan hüquqları sahəsində cavab tədbirləri səhiyyənin hər kəs üçün mütləq olduğunu vurğulayaraq pandemiyaya qarşı mübarizəyə kömək edə bilər. 

Lakin onlar həmçinin kimlərin ən çox əziyyət çəkdiyini və bununla əlaqədar nə etməli olduğunu vurğulayan əhəmiyyətli xəbərdarlıq sistemidir.

Virusun ayrı-seçkilik etmədiyini, lakin onun təsirlərinin bunu etdiyini gördük – dövlət xidmətlərinin göstərilməsində dərin çatışmazlıqları və onların əlçatan olmasına mane olan struktur bərabərsizliyini üzə çıxararaq. Onların cavab tədbirlərində lazımi dərəcədə nəzərə alınmasını təmin etməliyik.

Müəyyən icmalara qeyri-mütənasib təsiri, nifrət nitqinin artmasını, həssas qrupların hədəflənməsini, səhiyyə tədbirlərini pozan sərt təhlükəsizlik tədbirlərini görürük.

Böhran bəzi ölkələrdə artan etnik millətçilik, populizm, avtoritarizm, insan hüquqlarının tapdalanması fonunda pandemiya ilə əlaqəli olmayan məqsədlərə dair repressiv tədbirlər qəbul etmək üçün bəhanə ola bilər. 

Bu yolverilməzdir.

Hökumətlər hər zamankından daha çox şəffaf, həssas və hesabatlı olmalıdırlar.

Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar və mətbuat azadlığı çox vacibdir. Vətəndaş cəmiyyəti təşkilatları və özəl sektorun fəaliyyəti çox önəmlidir. 

Gördüyümüz hər bir işdə bir şeyi heç vaxt unutmamalıyıq: təhlükə insanlar deyil, virusdur.

Hər hansı bir fövqəladə tədbirin, o cümlədən fövqəladə vəziyyətin qanuni, mütənasib, zəruri və ayrı-seçkilik etməyən, müəyyən bir hədəf və müddətə yönəlmiş, insanların sağlamlığını qorumaq üçün mümkün qədər az müdaxiləni tətbiq edən olduğunu təmin etməliyik.

Ən yaxşı cavab isə insan hüquqlarını və qanunun aliliyini qoruyaraq birbaşa təhlükəyə mütənasib olan bir cavabdır.

Irəliyə baxaraq əvvəlkindən daha yaxşısını qurmalıyıq. İnsan hüquqlarına söykənən Dayanıqlı İnkişaf Məqsədləri daha inklüziv və dayanıqlı iqtisadiyyat və cəmiyyətlərin əsasını təmin edir. 

İqtisadi və sosial hüquqların möhkəmləndirilməsi uzunmüddətli perspektivdə sabitliyi gücləndirir.

Bərpa mərhələsində gələcək nəsillərin hüquqlarına hörmət etmək, 2050-ci ilədək karbon tullantılarını sıfıra endirmək və biomüxtəlifliyin qorunmasına yönəlmiş iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirmək lazımdır.

Bu hamımız bir qayıqdayıq. 

Virus hər kəsi təhdid edir. İnsan hüquqları isə hər kəsin ləyaqətini yüksəldir. 

Böhran dövründə insan hüquqlarına hörmət edərək hazırkı fövqəladə vəziyyət və gələcək bərpa mərhələsi üçün daha səmərəli və inklüziv həll yolları əldə edəcəyik. 

Təşəkkür edirəm.

Tədbirlər
may 2020
27282930123
45678910
11121314151617
18192021222324
2526
27
28293031
27 may / Çərşənbə
Bizi izləyin: