BMT-nin baş katibi Antonio Quterreşin yeni il müraciəti

Yeni İli qarşılamaq üçün Birləşmiş Millətlər Təşkilatından sizə qoşuluram.

2020-ci ilə hər yerdə qeyri-müəyyənliyin hökm sürdüyü və təhlükəsizliyin olmadığı,

Bərabərsizliyin davam etdiyi və nifrətin artdığı,

Müharibələrin olduğu və planetin istiləşdiyi bir şəraitdə qədəm qoyuruq.

İqlim dəyişikliyi təkcə uzunmüddətli problem deyil, həm də aydın və real təhlükədir.

Biz, planetin yanmasına biganə qalan bir nəsil ola bilmərik.

Lakin ümidimiz hələ tükənməyib.

Mənim builki Yeni İl müraciətim məhz elə bu ümidin əsas mənbəyinə – dünya gənclərinədir.

İqlim fəaliyyətindən gender bərabərliyinə, sosial ədalətə və insan haqlarına qədər, sizin nəsil ön cəbhədə və xəbər başlıqlarında yer alır.

Mən sizin həvəs və qətiyyətinizdən ilhamlanıram.

Gələcəyin formalaşmasında iştirakınızı haqlı olaraq tələb edirsiniz.

Mən sizinləyəm.

Birləşmiş Millətlər Təşkilatı sizi dəstəkləyir və sizə məxsusdur.

2020-ci ildə BMT-nin 75-ci ildönümü qeyd olunacaq.

Biz, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ədalətli qloballaşma planımız olan Onillik Fəaliyyətə başlayırıq.

Bu il, dünyanın gənclərin öz sözünü deməsinə ehtiyacı var. Böyük düşünməkdə davam edin. Sərhədləri aşmağa davam edin. Və təzyiqinizi davam etdirin.

2020-ci ildə sizə sülh və xoşbəxtlik arzulayıram.

Təşəkkür edirəm!

Tədbirlər
mart 2020
2425262728291
2345678
9101112131415
16171819202122
232425262728
29
303112345
29 mart / Bazar
Bizi izləyin: