BMT-nin Azərbaycandakı nümayəndəliyi Gənclərdən ibarət Məşvərət Şurasının yeni üzvləri üçün təlim kursu keçirib

UN in Azerbaijan organises induction course for new members of United Nations Youth Advisory Council, Baku, April 2019 Photo/UNO Azerbaijan

Bakı, 4 aprel 2019 – Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi 2020-ci ilədək fəaliyyət göstərəcək BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasının (UNYAC) yeni üzvləri üçün təlim kursu təşkil edib. BMT Şura vasitəsilə Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər üçün təlimlər keçirir, onları BMT-nin fəaliyyətlərinin bir hissəsi olmağa, eləcə də təşkilatın fəaliyyətinə dair fikir bildirməyə imkan yaradır.

Azərbaycanda fəaliyyət göstərən BMT-nin müxtəlif agentliklərinin milli və beynəlxalq mütəxəssisləri Şuranın 15 yeni üzvünə ətraf mühit, insan hüquqları, gender bərabərliyi və uşaqların mühafizəsi sahəsində təlim keçiblər. Təlimçilər həmçinin, BMT-nin strukturu və iş prinsipləri barədə iştirakçıları məlumatlandırıblar.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai salamlama nitqində bildirib: “Azərbaycan gənclərinin nə qədər həvəsli olduğunu görmək çox xoşdur. Məlumat və imkan verildikdə, gənclik sosial transformasiyanın dinamik qüvvəsinə çevrilə bilər. Azərbaycanda gənc liderləri səlahiyyətləndirmək BMT proqramlarında gənclərin maraqlarının əks etdirilməsində mühüm rol oynayır”.

“Şuraya qoşulmaq qərarımın səbəbi gənclər yönümlü fəaliyyətlər vasitəsilə Qlobal Məqsədləri təbliğ etmək üçün fikirlərimi bölüşməkdir. Ümid edirəm ki, bununla cəmiyyətimizdə müsbət inkişafa töhfə verə biləcəyəm,” BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasının üzvü xanım Xuman Kərimli bildirib.

14-29 yaşlı gənclər Azərbaycanda əhalinin 31 faizini təşkil edir. Bu da onların səsinin nəzərə alınmasının əhəmiyyətini artırır. 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinə uyğun olaraq, UNYAC Azərbaycanda gənc liderlərlə əməkdaşlıq etməklə və onları səlahiyyətləndirməklə gənclərin fikirlərini formalaşdırmaq üçün platforma təklif edir.

Tədbirlər
iyun 2019
272829303112
3456789
10111213141516
171819
20
212223
24252627282930
20 iyun / Cümə axşamı
Bizi izləyin: