Ərzaq məhsullarının ticarətinə və bazarlara Covid-19-un təsirinin azaldılması

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə bəyanatı

FAO və ÜTT-nin Baş Direktorları QU Donqyu və Roberto Azevedo tərəfindən Birgə Bəyanat.

27 Mart 2020-ci il, Roma / Cenevrə – COVID-19-a cavab tədbiri olaraq milli sərhədlərin bağlanması qlobal qida təhlükəsizliyi sahəsində gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu narahatlıq doğurur. Dünyadakı milyonlarla insan qida təhlükəsizliyi və yaşayışlarının təmin edilməsi üçün beynəlxalq ticarətdən asılıdır. Ölkələrin yayılan pandemiyanı dayandırmağa yönəlmiş siyasət yürütmək hüququ olsa da, ərzaq ticarəti sahəsindəki potensial təsirlərin minimuma endirilməsinə diqqət yetirilməlidir.

Öz vətəndaşlarının müdafiəsi üçün fəaliyyət göstərərkən ölkələr ticarəti daha az məhdudlaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Tətbiq edilən yeni sərhəd məhdudiyyətlərindən bəziləri ərzaq təchizatı zəncirini poza bilər. Onlar kənd təsərrüfatı və qida sənayesi işçilərinin hərəkətini çətinləşdirə və ərzaq konteynerlərinin sərhəddə qalma müddətini uzada bilər. Bu isə məhsulların xarab olmasına və qida tullantılarının artmasına səbəb ola bilər. Əgər belə bir ssenari reallaşarsa, bu, ən çox həssas qruplara və qida çatışmazlığından əziyyət çəkən insanlara təsir edən ərzaq təchizatı zəncirini pozar bilər.

Ərzaq məhsullarının mövcudluğu ilə bağlı qeyri-müəyyənlik ixrac məhdudiyyətlərini artıraraq dünya bazarında qıtlıq yarada bilər. Bu cür reaksiyalar ərzaq təchizatı və tələb arasında balansı dəyişə bilər ki,  bu da qiymətlərin kəskin artımı və qeyri-stabilliyinə gətirib çıxaracaq. Əvvəlki böhranlardan onu öyrəndik ki, bu cür tədbirlər xüsusilə gəlir səviyyəsi aşağı olan və ərzaq qıtlığı olan ölkələrə, həmçinin humanitar təşkilatların ərzaq təminatına ehtiyacı olan ölkələrə kömək səylərinə ziyan vurur.

Biz “qonşu ölkələrdən sədəqə almaq” siyasətinin təkrarlanmasının qarşısını almalıyıq. Məhz belə məqamlarda beynəlxalq əməkdaşlıq əvvəlkindən daha da çox vacibdir. COVİD-19 səbəbindən tətbiq olunan təcrid müddətində ərzaq çatışmazlığının qarşısını almaq üçün ticarət axınının mümkün qədər azad olmasını təmin etmək üçün hər cür səy göstərilməlidir. İstehlakçılar, xüsusilə də buna ən çox ehtiyacı olan yaşlılar və uşaqlar, ciddi təhlükəsizlik tələblərinə riyaət edərək öz icmaları daxilində qida əldə edə bilməlidirlər.

Biz həmçinin ərzaq istehsalı, istehlakı və ehtiyat səviyyəsi, habelə ərzağın qiyməti barədə məlumatların real vaxt rejimində hər kəs üçün əlçatan olmasını təmin etməliyik. Bu qeyri-müəyyənliyi azaldır və istehsalçılara, istehlakçılara və ticarətçilərə məlumatlı qərarlar verməyə imkan verir. Hər şeydən öncə bu, ərzaq və həyat üçün digər zəruri məhsulların panika şəraitində alıb yığılmasının qarşısını almağa kömək edir.

İndi həmrəylik nümayiş etdirməyin, məsuliyyətli davranmağın, qida təhlükəsizliyinin və qidalanmanın artırılmasının, eyni zamanda bütün dünyada insanların rifahının yaxşılaşdırılmasına dair ortaq məqsədimizə riayət etməyin vaxtıdır. COVID-19-a cavab tədbirlərimizin zəruri məhsulların əsassız çatışmazlığına gətirib çıxarmasına, həmçinin  aclıq və doyunca yeməmək hallarının artırmasına yol verməməliyik.

Tədbirlər
iyun 2020
123
4
567
891011121314
15161718192021
22232425262728
293012345
04 iyun / Cümə axşamı
Bizi izləyin: