BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – Azərbaycan Tərəfdaşlıq Proqramı – Fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi

 

BAKI, 10 may 2020 – “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsinin onlayn təqdimatı baş tutub. İlkin seminar Kənd Təsərrüfatı Nazirliyində işləyən Azərbaycan hökumət nümayəndələrini, o cümlədən Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi və FAO-nun mütəxəssislərini bir araya gətirib. Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir.

Layihənin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini (GAP) tətbiq etmək imkanı yaratmaqdır. “Fındıq sektorunda müxtəlif maraqlı tərəflərlə, o cümlədən kiçik və orta fermerlər ilə işləməyin və uzunmüddətli perspektivdə davamlılığı təmin etmək üçün layihənin icrası müddətində özlərini məsul hiss etmələrinin vacibliyini qeyd etmək istərdim. Layihə sahədəki fermerlərin dolanışıqlarını yaxşılaşdırmaq üçün fındıq istehsalının keyfiyyətini və məhsuldarlığını artırmaq üçün kollektiv səyləri əhatə edəcəkdir. – xanım Maylinq Flores Rocas, FAO Baş Qərargahı – Kənd təsərrüfatının mexanizasiyası sistemləri üzrə ekspert deyə təqdimatda bildirib. Layihə yeni yaradılmış hökumət institutları və dövlət qurumlarının özəl sektor iştirakçıları ilə əlaqələrin qurulması imkanlarını genişləndirəcək. Bütün tədbir və fəaliyyətlər fındıq istehsalının dayanıqlı inkişafı üçün bu sahədəki iştirakçıların potensialının artırılmasına yönəldilib. FAO-nun kənd təsərrüfatı məhsullarının istehsalı və qorunması, genetik ehtiyatların qorunub saxlanması, mexanikləşdirmə, məsafədən zondlama, xəritəçəkmə, bioenerji, monitorinq və qiymətləndirmə sahəsindəki texniki potensialı düzgün dəstəyin göstərilməsində əhəmiyyətli rola malikdir. “Məqsəd fındıq məhsuldarlığı və keyfiyyətini artırmaq, bu sahədə iş imkanlarını genişləndirmək, sosial bərabərliyi və ətraf mühitin qorunmasıdır – deyə Fenton Beed Kənd Təsərrüfatı üzrə baş mütəxəssis (FAO Baş Qərargah) bildirib. Layihənin müvəffəqiyyəti texniki, dövlət qurumları və özəl sektor arasında fəal tərəfdaşlıq yolu ilə təmin ediləcək və Milli Texniki Komitə tərəfindən idarə ediləcəkdir

 

Azərbaycan dünyanın fındıq istehsalçıları arasında ilk 5-likdə (Türkiyə, İtaliya, ABŞ və Gürcüstan ilə yanaşı) yer alır. 2018-ci ildə ümumi fındıq istehsalının həcmi 52 min ton (FAOSTAT) təşkil etmişdir və son illərdə Hökumət tərəfindən bu sahəyə (o cümlədən, torpaq, tinglər, gübrə, texnika və ixrac daxilolmaları üçün) güzəştlər şəklində əhəmiyyətli dəstək verilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 5 il əvvəl imzaladığı sərəncam ilə fındıq bağlarının sahəsinin 40 min hektardan 80 min hektara qədər artırılması hədəf qoyulub (hazırda bu göstərici 74,4 min hektar təşkil edir ki, bunun da 20 min hektarı ötən il salınmış bağlardır).

 

Link: http://www.fao.org/europe/news/detail-news/en/c/1296538/

Tədbirlər
iyul 2020
293012345
6789
10
1112
13141516171819
20212223242526
272829303112
10 iyul / Cümə
Bizi izləyin: