BMT-nin baş katibi Antonio Quterreşin yeni il müraciəti

Əziz dünya vətəndaşları,

Sizə xoşbəxt, sülh və firavan yeni bir il arzulayıram.

Ötən il, mən həyəcan təbili çaldım və o zaman qeyd etdiyim təhlükələr hələ də qalmaqdadır. Çoxları üçün narahat vaxtlardır və dünyamız ciddi sınaqdan keçir.

Gördüyümüz işlər iqlim dəyişikliyinin sürətindən geri qalır.

Geosiyasi bölünmələr dərinləşməklə münaqişələrin həllini daha da çətinləşdirir.

Təhlükəsizliyi və müdafiəsini təmin etmək üçün doğma yuvalarını tərk edən insanların sayı rekord həddə çatır.

Bərabərsizlik artır. İnsanlar bir qrup şəxsin, dünyanın digər yarısının birgə malik olduğu sərvətə sahib olduğu dünyanın ədalətini sorğulayır.

Dözümsüzlük artmaqdadır.

Etimad azalır.

Amma ümidlər üçün də səbəblər var.

Yəməndəki danışıqlar sülh üçün yeni bir şans yaratdı.

Efiopiya və Eritreya arasında sentyabr ayında Riyadda imzalanmış müqavilə uzun müddət davam edən gərginliyi səngitdi və bütün regiona yeni perspektivlər gətirdi.

Cənubi Sudan münaqişəsi tərəflərinin razılaşması, son dörd ayda ötən dörd ildən daha çox irəliləyiş əldə edərək sülh imkanlarını gücləndirdi.

Katovisdə ölkələri bir araya gətirən Birləşmiş Millətlər Təşkilatı Paris Konvensiyasının icrası üçün İş Proqramını təsdiqləməyi bacardı.

İndi biz mövcud təhlükəni aradan qaldırmaq iddiamızı artırmalıyıq.

Sonuncu ən yaxşı şansı istifadə etmək vaxtıdır.

İdarə edilməyən və təkrarlanan iqlim dəyişikliyi problemini həll etməyin vaxtıdır.

Bu yaxınlarda BMT-də həyatları xilas etməyə yardım edəcək və mifləri aradan qaldıracaq miqrasiya və qaçqınlara dair mühüm qlobal razılaşmalar əldə olundu.

Hər yerdə insanlar, sağlam planetdə sülh, ədalət və rifaha nail olma planımız – Dayanıqlı İnkişaf Məqsədləri üçün səfərbər olunurlar.

Beynəlxalq əməkdaşlıq baş tutanda bütün dünya qalib gəlir.

2019-cu ildə Birləşmiş Millətlər Təşkilatı əlaqələr qurmaq və həll yollarına şərait yaratmaq məqsədilə insanları bir araya gətirməyə davam edəcək.

Belə də davam edəcəyik və heç vaxt təslim olmayacayıq.

Gəlin, Yeni ildən təhdidlərlə üzləşməyi, insan ləyaqətini müdafiə etməyi və birgə daha yaxşı bir gələcək qurmağı məqsəd qoyaq!

Sizə və ailələrinizə yeni ildə əminamanlıq və sağlamlıq arzulayıram.

Tədbirlər
iyul 2019
1234567
891011121314
15161718192021
22
232425262728
2930311234
22 iyul / Bazar ertəsi
Bizi izləyin: