Şimali Makedoniyadan olan Vladimir Qyorqyiev (Gjorgjiev) Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə rəhbər təyin olunub

Bakı, 12 mart 2019- Şimali Makedoniyadan olan Vladimir Qyorqyiev (Gjorgjiev) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlayıb.

Milli və qlobal səviyyələrdə satınalma siyasəti və sistemləri; beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq; əməliyyatlar, nəqliyyat və yük logistikası; hüquq məsələləri, fəlakət riskinin azaldılması və ona hazırlıq, eləcə də miqrantların könüllü qayıdışı və inteqrasiyası proqramlarında 20 ildən artıq təcrübəyə sahibdir.

Son təyinatından öncə, Qyorqyiev Amman, Nayrobi və Skopye şəhərlərində satınalma və mülklərin idarə olunması üzrə BMqT mütəxəssisi kimi fəaliyyət göstərib. BMqT-yə 1999-cu ildə qoşulan Qyorqyiev 2005-ci ilədək Şimalı Makedoniya və Şərqi Timorda əməliyyatlar, satınalma və proqram sahələrində müxtəlif vəzifələrdə çalışıb.

2005-2007-ci illərdə İndoneziyada logistika məmuru, 2007-ci ildən 2017-ci ilədək Manila İnzibati  Mərkəzində (Filippin) BMqT-nin qlobal tədarük və təchizat bölməsinin rəhbəri olub.

Qyorqyiev iqtisadiyyat elmləri üzrə magistr, iqtisadiyyat və mülki mühəndislik üzrə bakalavr dərəcəsinə sahibdir. Satınalma və Təchizat İnstitutundan ictimai satınalma üzrə beynəlxalq sertifikat əldə edib.

Qyorqyiev ingilis, makedon və serb-xorvat dillərində sərbəst danışır.

Tədbirlər
sentyabr 2019
2627282930311
2345678
9101112131415
161718
19
202122
23242526272829
30123456
19 sentyabr / Cümə axşamı
Bizi izləyin: