BMT-nin Rezident Əlaqələndiricisi

Qulam İshaqzai

Tərcümeyi-hal

Qulam İshaqzai Birləşmiş Millətlər Təşkilatı sistemində və Asiya və Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq QHT-lərdə beynəlxalq inkişaf, humanitar böhran vəziyyətləri və münaqişədən sonrakı bərpa işlərində 22 illik iş təcrübəsinə malikdir.

2016-cı ilin mart ayında cənab İshaqzai BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMTİP-nin Rezident Nümayəndəsi vəzifəsinə təyin edilib.

O, bundan əvvəl, BMT-nin Koreya Xalq Demokratik Respublikasındakı Rezident Əlaqələndiricisi və BMTİP/BMT Əhali Fondunun Rezident Nümayəndəsi vəzifəsində (2013-2015-ci illər) və BMTİP-in Tacikistandakı Nümayəndəliyində baş müşavir və Ölkə üzrə direktor əvəzi qismində və çalışıb.

Buna qədər, Qulam İshaqzai, Almaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının Könüllüləri nəzdində İnkişaf Bölməsinin direktoru  (2008–2013-cü illər) olub. 2005-ci ildən 2008-ci ilədək o, BMTİP-nin Nepaldakı Rezident Nümayəndəsinin müavini, 2003-cü ildən 2005-ci ilədək BMTİP və BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) yanında Tərksilah, Tərxis və Reinteqrasiya Proqramında Proqram Məsələləri üzrə baş müşavir, Yəməndə Rezident Nümayəndənin köməkçisi və İdarəçilik Bölməsinin rəhbəri (2001–2003-cü illər) və Suriyada BMT-nin Yaxın Şərq üzrə Xüsusi Əlaqələndiricisinin (UNSCO) Ofisində Proqram Məsələləri üzrə baş müşavir (2000–2001-ci illər) vəzifələrində çalışıb. 1997–1999-cu illərdə o, Bağdadda və İraqın Kürd əyalətində BMT-nin İraq üzrə Humanitar Əlaqələndiricisinin Ofisində işləyib.

BMT sistemində fəaliyyətə başlamazdan əvvəl, İshaqzai Amerika Birləşmiş Ştatlarında özəl sektorda (1993 – 1995-ci illər) çalışıb və “Uşaqların Xilası” (ABŞ), “Azad Tibb” və “İsveçin Əfqanıstan üzrə Komitəsi” kimi beynəlxalq QHT-lərdə (1986–1990-cı illər) müxtəlif vəzifələr tutub.

Qulam İshaqzai ABŞ-ın Massaçusets ştatında Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində beynəlxalq ümumi hüquq üzrə magistr dərəcəsi və ABŞ-ın Nebraska ştatında Midland Universitetində, biznes idarəçiliyi üzrə bakalavr dərəcəsini alıb.

BMT-nin Azərbaycandakı keçmiş resident əlaqələndiriciləri:

Antonius Bruk (2012-2015)

Fikret Akçura (2010 – 2012)

Bruno Puezat (2007 – 2010)

Marko Borsotti (2001 – 2007)

Ercan Murat (1997 – 2001)

Mahmud Əl-Səid (1992-1995)

Bizi izləyin: