Azərbaycandakı agentliklər

Birləşmiş Millətlər Təşkilatının hazırda 19 rezident və qeyri-rezident agentliyi, fondu və proqramı Hökumətlə yaxından əməkdaşlığı davam etdirir və 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olma istiqamətində Azərbaycanın səylərini dəstəkləyir.

2016-cı ildə Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikası Hökuməti yeni əməkdaşlıq sazişi hesab olunan 2016-2020-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Tərəfdaşlıq Çərçivə  Sənədini (UNAPF) imzalayıb. BMT və Azərbaycan hökuməti arasında bağlanmış dördüncü əməkdaşlıq sazişi olan bu sənəd yardıma əsaslanan tərəfdaşlıqdan əməkdaşlığa əsaslanan tərəfdaşlığa keçidi nəzərdə tutur. Bu Çərçivə Sənədi ölkənin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası adlı sənədində təsbit olunmuş inkişaf meyllərini rəhbər tutaraq bir sıra tərəfdaşlarla aparılmış inkluziv və iştiraklı məsləhətləşmələr əsasında işlənib hazırlanıb.

Bizi izləyin: