Beynəlxalq Qız övladları günü müraciəti

The Secretary General shares message on İnternational Day of Girl Child

11 Oktyabr 2019 – Bu gün, dünyada 18 yaşınadək 1 milyarddan çox qız gələcək məsuliyyətləri götürməyə hazırdır. Hər gün, onlar stereotiplərə meydan oxuyur və maneələr aşırlar. Qızlar erkən nikah, təhsildə bərabərsizlik, zorakılıq və iqlim böhranı kimi problemlərin həlli üzrə hərəkatlar təşkil edir və onlara rəhbərlik edirlər. Builki günün mövzusunda olduğu kimi, onlar gözləniləndən daha fərqli və daim fəaliyyətdə olduqlarını sübut edirlər.

Bu Beynəlxalq gündə, qadınlar və qızların səlahiyyətlərinin artırılması üçün hərtərəfli siyasət gündəliyi sayılan əlamətdar Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul edildikdən bəri qızlarla birgə, qızlar tərəfindən və qızlar üçün əldə olunan nailiyyətləri qeyd edirik. Təxminən son 25 il ərzində biz daha çox qızın məktəbə getməsini və bitirməsini, daha azlarının evlənməsini, yaxud özləri uşaq olduqları halda analara çevrilməsini müşahidə etdik və daha çoxunun iş yerində uğur qazanmaq üçün onlara lazım bacarıqları əldə etdiyinə şahid olduq.

Bütün qızların öz potensialını reallaşdırması üçün, biz birgə səy göstərməli və onların sağlamlığı, təhlükəsizliyi, eləcə də 21-ci əsr bacarıqlarına yiyələnməsi üçün vəsait ayırmalıyıq. Orta məktəb təhsili pilləsindən hər əlavə il oxuması, qızların qazanc potensialını 25 faiz artırır. Əgər bütün qız və oğlanlar orta təhsil alsalar, 420 milyon insan yoxsulluqdan qurtula bilər. Təhsilin faydaları nəsildən-nəsilə keçdikcə daha aydın olur.

Ailələrimizdə, icmalarımızda və ölkələrimizdə bərabər hüquqları təşviq etməli, qızların səsini və təsirini artırmalıyıq. Qızlar dəyişikliklərin güclü müəllifləri olmağa qadirdirlər və heç nə onların cəmiyyətin bütün sahələrində tam iştirakına mane olmamalıdır.

Tədbirlər
oktyabr 2019
30123456
78910111213
14
151617181920
21222324252627
28293031123
14 oktyabr / Bazar ertəsi
Bizi izləyin: