Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər

Azərbaycanda özəl sektorda qadınların qarşılaşdıqları çətinlik və imkanları araşdıran tədqiqatın məqsədi qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən hökumət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin səylərinə töhfə verəcək təhlillərin aparılmasıdır. Hesabatda qadınların iş imkanlarından yararlanması, layiqli iş yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasının qarşısını alan gender əsaslı amillərin təhlili, eləcə də qadın və kişilərin özəl sektorda uğurlu iştirakını təmin edən məqamlar öz əksini tapır.

Tədqiqat 2016-cı ilin noyabr ayında başlayıb və 2017-ci ilin may ayına qədər davam edib. Tədqiqat zamanı istifadə edilən məlumatlar fokusqrup müzakirələri və əsas respondentlər ilə aparılmış müsahibələr vasitəsilə toplanılıb. Məlumatın toplanması prosesi Bakıda və digər ərazilərdə (Bakının Xəzər rayonu, Quba, Saatlı, Şəki, Lənkəran və Qəbələ şəhərində) keçirilib.

Tədbirlər
yanvar 2019
31123456
78910111213
14151617181920
21
22
2324252627
28293031123
Bizi izləyin: