Avropa İttifaqı və UNICEF-in birgə proqramı Azərbaycan uşaqları və gəncləri üçün icma əsaslı hərtərəfli dəstəyi təmin edir

Joint European Union- UNICEF programme provides comprehensive community-based support for Azerbaijani children and young people. June, 2019. Photo/UNICEF Azerbaijan

Bakı, 13 iyun 2019 – Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı cənab Yohannes Han və UNICEF-in Azərbaycandakı ölkə nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin Azərbaycanda ən həssas vəziyyətdə yaşayan uşaq və gənclərin hüquqlarını müdafiə etmək üçün yeni birgə təşəbbüsü təqdim edib. Avropa İttifaqının 3 milyon avro vəsait ayırdığı bu təşəbbüs səhiyyə, qidalanma, erkən uşaqlıq dövründə inkişaf (EUDİ), inklüziv təhsil, uşaqların müdafiəsi, uşaqların və gənclərin inkişafı sahəsində keyfiyyətli icma və ailə-əsaslı inteqrasiya olunmuş sosial xidmətlərə çıxış imkanlarının genişlənməsinə dəstək olacaq.

Sözügedən təşəbbüsün açılış tədbiri Azərbaycan Milli Paralimpiya Komitəsinin dəstəyi ilə baş tutub. Tədbirdə əlilliyi olan uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirib. Azərbaycanda Avropa İttifaqı ilə UNİCEF arasında həyata keçirilən yeni əməkdaşlığın mühüm hissəsini, qızlara xüsusi diqqət yetirilməklə əlilliyi olan uşaqların idman sahəsinə cəlb edilməsi təşkil edir.

”Avropa İttifaqı inklüziv icma-əsaslı xidmətlər təmin edən vətəndaş cəmiyyəti təşkilatlarına (VCT) dəstək verir. Layihə üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi tərəfdaşlıq etdiyimiz VCT-lər vasitəsilə onların Azərbaycanda həssas uşaqlar və gənclərlə işlərini dəstəkləmək üçün yönəldiləcək “, Aİ komissarı vurğulayıb.

“Məqsədimiz bu yeni tərəfdaşlıq vasitəsilə erkən uşaqlıq dövründə inkişaf proqramlarından gənclərin inkişafı təşəbbüslərinədək, hərtərəfli və əlaqəli sosial xidmətlərdən əlilliyi olan uşaqlar üçün genişləndirilmiş imkanlaradək olan geniş spektri əhatə edən keyfiyyətli xidmətləri daha çox uşaq, gənc və onların ailələrinin yararlana bilməsi üçün icmaların daxilinə gətirməkdir” – deyə UNICEF-in Azərbaycandakı Ölkə Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

Bu təşəbbüs bütün ölkədə vəziyyəti sosial baxımdan həssas olan uşaqlara geniş çeşiddə dəstəyin göstərilməsi istiqamətində icma əsaslı təşkilatların inkişafına kömək edəcək. Bir çox dövlət və özəl sektordan olan qurumlarla yanaşı işləyəcək dəyərli və etibarlı sayılan “üçüncü sektor” olaraq milli standartların yaradılmasına, vətəndaş cəmiyyətinin texniki və idarəetmə potensialının gücləndirilməsinə və VCT-ların iştirakı ilə ölkə və yerli səviyyədə böyük təsir göstərən, az xərcli xidmət və proqramların modelləşdirilməsinə də kömək edəcək.

 

Daha ətraflı məlumat üçün əlaqə saxlayın: 

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr və Tərəfdaşlıq üzrə mütəxəssisi xanım Ayna Mollazadə (Telefon:  99412 492 3013; elektron ünvan: amollazade@unicef.org)

Tədbirlər
avqust 2019
2930311234
567891011
121314151617
18
19202122232425
2627282930311
18 avqust / Bazar
Bizi izləyin: