1000-dən çox iştirakçı BMT-nin dəstəklədiyi təmizlik aksiyasında 4 ton tullantı toplayıb

UN-supported beach cleanup campaign on the shores of Novkhany beach in Baku, Azerbaijan, June 2019 Photo: UNO Baku

BAKI, 8 iyun 2019 – Bakının Novxanı çimərliyində baş tutan təmizlik aksiyası gənc fəalları və tələbələri, eləcə də BMT agentliklərinin təmsilçiləri, hökumət nümayəndələri, vətəndaş cəmiyyəti və özəl şirkətlər də daxil olmaqla 1000-dən çox iştirakçını bir araya gətirib.

Aksiya iştirakçıları plastikdən hazırlanmış su qabları, çöplər, mətbəx qabları, eləcə də konserv bankaları, siqaret kötükləri və digər yüzlərlə torba tullantıları yenidən emal üçün təhvil veriblər.

Ümumdünya Ətraf Mühit günü və Ümumdünya Okean gününə həsr olunan tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi,  İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təmiz Şəhər Açıq Tipli Səhmdar Cəmiyyəti, Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Gənclər Fondu təşkil edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və xanımı Norma İshaqzai də təmizlik aksiyasında iştirak edib. “Ümumdünya Ətraf Mühit gününü qeyd etmək və bununla bağlı insanların məlumatlılığını artırmaq üçün bu möhtəşəm təşəbbüs idi. Aksiyada iştirakımdan çox məmnun oldum,” cənab İshaqzai öz Twitter hesabında paylaşıb.

Təmizlik aksiyasında Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və UNICEF-in Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri də daxil olmaqla, BMT agentliklərinin 45 əməkdaşı, eləcə də digər diplomatik missiyaların nümayəndələri iştirak edib.

Tədbirlər
iyun 2019
272829303112
3456789
10111213141516
17181920212223
24
25
2627282930
25 iyun / Çərşənbə axşamı
Bizi izləyin: