Diqqət mərkəzində

BMT-dəki islahatların İnkişaf, İdarəetmə, Sülh və Təhlükəsizlik istiqamətlərinə dair ətraflı məlumat verən ‘Birlikdə İslahatlara doğru’ adlı yeni veb saytımızı sizə təqdim edirik. Veb saytı ziyarət etməklə siz bu istiqamətlərin BMT-ni necə daha effektiv, çevik və məramına uyğun bir təşkilata çevirdiyini öyrənəcəksiniz.

Əziz dünya vətəndaşları, Sizə xoşbəxt, sülh və firavan yeni bir il arzulayıram. Ötən il, mən həyəcan təbili çaldım və o zaman qeyd etdiyim təhlükələr hələ də qalmaqdadır. Çoxları üçün narahat vaxtlardır və dünyamız ciddi sınaqdan keçir. Gördüyümüz işlər iqlim dəyişikliyinin sürətindən geri qalır.

BAKI, 10 dekabr 2018 – Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində üç gün davam edəcək sərginin açılışını keçirib.

BAKI, 5 dekabr 2018 – Beynəlxalq Könüllülük Gününü (BKG) qeyd edən tədbir 200-ə yaxın milli könüllü, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. ADA Universitetinin ev sahibliyi etdiyi tədbiri BMT Könüllüləri (UNV), “ASAN Xidmət” və “Coca-Cola” Fondu təşkil edib.

Nəşrlər

Azərbaycanda özəl sektorda qadınların qarşılaşdıqları çətinlik və imkanları araşdıran tədqiqatın məqsədi qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən hökumət qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin səylərinə töhfə verəcək təhlillərin aparılmasıdır.

BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycana dair məruzəyə baxış sənədi hazırlanıb. Sənəddə, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, dialoqun təşviqi və təcrübənin bölüşdürülməsi istiqamətində görülən işlərə dair məruzə haqda 105 nümayəndə heyətinin qeyd və tövsiyələri, eləcə də Azərbaycan tərəfinin cavabları yer alır. Bu vəsait BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının […]

Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat (IMAGES) Azərbaycanda 2016-cı ilin aprel-iyul aylarında aparılıb və kişilərin gender bərabərliyi məsələsinə münasibətini öyrənib.

Ümumdünya Səhiyyə Təşkilatı 2017-ci ildə qeysəriyyə əməliyyatlarının azaldılması üçün səmərəli sistem olan Robson təsnifatı haqda təlimat kitabçası nəşr edib. Kitabça qadınları təsnifat yolları, təsnifatın icrası üçün şərtlər və maneələr barədə geniş məlumat verir.

Tədbirlər
fevral 2019
28293031123
45678910
11121314151617
1819
20
21222324
25262728123
Bizi izləyin: